Qadınlar üçün ən təhlükəsiz 10 ölkə

01 Şubat 2018
1 440
0
Qadınlar üçün ən təhlükəsiz 10 ölkə
Avstraliya qadınlar üçün dünyanın ən təhlükəsiz ölkəsidir.

Feat.Az
moneta.az-a istinadən bildirir ki, bu barədə qlobal bazar araşdırma qrupu olan New World Wealth-nun son hesabatında bildirilir.

Hesabat əsasən ən varlı insanların dünyada miqrasiyasını araşdırır.

Lakin, analizin bir hissəsinə qadınlar üçün dünyanın ən təhlükəsiz ölkələrinin araşdırılması daxildir.

"Qadın təhlükəsizliyi ölkənin uzun müddətli sərvətinin artım potensialını ölçmək üçün ən yaxşı yollardan biridir. Belə ki, sərvətin tarixi artımı ilə qadın təhlükəsizliyi səviyyəsi arasında 92% korrelyasiya var," hesabatda bildirilir.

"Bu o deməkdir ki, sərvət artımı ölkənin qadın təhlükəsizliyinin yuxarı səviyyəsi nəticəsində artır".

Avstraliya dünyada sərvət artımına görə ən yaxşı göstəricisi olan ölkələrdəndir. 10 il ərzində Avstraliyanın sərvəti 83% artmışdır.

2017-ci ildə qadınlar üçün ən təhlükəsiz 10 ölkə:

Avstraliya
Malta
İslandiya
Yeni Zellandiya
Kanada
Polşa
Monako
İsrail
ABŞ
Cənubi Koreya
Top 10-luqda yer alan ölkələrin çoxu ən varlı insanların miqrasiyası üçün ən populyar ölkələrdir.

Qeyd edək ki, 2017-də dünyada qadınlar üçün ən təhlükəli ölkələr Somali, Sudan, İraq və Suriyadır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.