Mətbəxdə ən TƏHLÜKƏLİ ƏŞYA,mətbəx, mikroblar, təhlükə, dəsmallarının, təhlükəli, alimlər, ciddi, yaradır, aşkar, ediblər, dəsmalları, dəsmal

Mətbəxdə ən TƏHLÜKƏLİ ƏŞYA

17 fevral 2018
830
0
Mətbəxdə ən TƏHLÜKƏLİ ƏŞYA
Arizona Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, mətbəx dəsmalları insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.

Alimlər sübut edir ki, vaxtında dəyişilməyən mətbəx dəsmallarının üzərinə müxtəlif təhlükəli mikroblar unitazda olduğundan daha çoxdur. Mətbəx dəsmalları nəm olur və bu da mikrobların çoxalmasına ideal şərait yaradır.

Feat.Az bildirir ki, saglamolun.az-a istinadla xəbər verir ki, alimlər mətbəx dəsmallarının üzərində bağırsaq çöpü, salmonella, hətta çox təhlükəli, antibiotiklərə davamlı olan qızılı stafilokokk aşkar ediblər.

Bu mikroblar uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olan, immun sistemi zəifləmiş insanlarda çox ciddi xəstəliklərin inkişafına səbəb ola bilər. Hətta sağlam və cavan insanlar üçün də bu mikroblar təhlükə yaradır. İnsanın əllərində çatlar, sıyrıntılar, yaralar olduqda təhlükə daha da artır.

Bütün bunları nəzərə alaraq alimlər mətbəx dəsmallarını bir gündən bir dəyişməyi, paltaryuyan maşınında yüksək temperaturda yumağı və bu zaman oksigen ağardığıcı ilə olan camaşır tozlarından istifadə etməyi tövsiyə edir. Yuyulmadan sonra dəsmallar mütləq açıq havada qurumalıdır.
Şərh Yaz