Yuxuda başımıza gələn qəribəliklər

25 Mart 2018
1 641
0
Yuxuda başımıza gələn qəribəliklər
Hər gecə yorğunluğumuzu atmaq və yeni günə gümrah başlamaq ümidilə başınızı yastığa qoyuruq, lakin bəzən gecəmiz xeyrə qalmır, yuxumuz da şirin olmur, çünki başımıza qəribə hadisələr gəlir..

Yuxu iflici


Feat.Az
bildirchin.az-a istinadən bildirir ki, dünya əhalisinin 7%-i ən az bir dəfə bu hadisəni yaşayıb: yuxudan oyandığı halda insanlar hərəkət edə bilməyib. Belə ki, hər gecə yatdığımız zaman bədənimiz yuxu iflici keçirir. Beyin yandıqdan sonra əzələlər də sönür və bəzi hallarda bu ikisi eyni anda fəaliyyətə başlamır..

Yuxuda söhbət


Psixoloji baxımdan bu hal təhlükəsiz olsa da, insan bəzi məlumatları ağzından qaçıra bilər. İnsanın yuxuda danışmasının səbəbi isə onun psixikasının real həyatda qəbul etmədiyi məqamların olmasıdır.

Yuxu içərisində yuxu


Əminik ki, həyatınızda ən az bir dəfə yuxuda yuxu gördüyünüzü görmüsünüz. Baxın, bu hadisənin nə ilə bağlı olduğunu isə elm də bilmir.

Lunatizm


Bu hal isə yuxu iflicinin tam əksidir: beyin yatır, əzələ iflici isə baş vermir.

Yuxunun təkrarlanması


Hər gecə eyni yuxunu gördüyünüz olubmu heç? Alimlər düşünür ki, bu üsulla beynimiz əhəmiyyət vermədiyimiz məsələlərə diqqətimizi çəkməyə çalışır.

Yıxılmaq


Yatdığı zaman hüdürlükdən düşdüyünü hiss etmək hər bir insana tanış haldır. Bunun səbəbi isə belədir: yuxu ölümlə oxşar olduğu üçün bəzən beynimiz hansı halla rastlaşdığını anlamağa çalışır və əzələlərə impuls göndərir.

Bəs siz yatdığınız zaman hansı qəribəliklər yaşayırsınız?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.