Bu məhsulları yeyən acmır - SİYAHI

03 Nisan 2018
1 434
0
Bu məhsulları yeyən acmır - SİYAHI
Daha uzun müddət tox qalmaq üçün Ailem.az-ın təqdim edəcəyi bu qidaları yeyə bilərsiniz. O zaman artıq çəki problemi də yaşamazsınız.

Yağsız ət, toyuq, balıq, lobya və yumurta protein qaynağı olduğu üçün doymaq hissi yaradır.

Feat.Az
lent.az-a istinadən xəbər verir ki, qatı yeməklər maye qidalardan fərqli olaraq adamı daha gec acdırır.

Alma yeməkdən sonra yeyiləndə tərkibindəki pektin və lifə görə 1-2 saat tox tutur.

Lif tərkibli buğda kəpəyi bir stəkan suyla 1-2 yemək qaşığı yeyildiyində təxminən 1 saat toxluq hissi yaradır.

Yeməkdən əvvəl, sonra və aralarda içilən yaşıl çay doymaq hissini təmin edən hormonun fəaliyyətini artırır.

Sirkədəki turşu qidanın uzun müddət mədədə qalmasına kömək edir. Bu zaman aclıq hormonunun ifrazı uzun müddət gecikir. Eyni zamanda bir çox qidadakı glisemik indeksi aşağı salaraq, qan şəkərinin enib-qalxmasının qarşısını alır.

Şam fıstığı tərkibindəki omega-6 sayəsində toxluq hormonlarının ifrazını təmin edir. Günorta yeməyində yeyilə bilər və ən azı 30 dəqiqə tox saxlayır.

Hansısa qidaya qarşı hədsiz istək bədəndə bəzi mineralların çatışmamağından irəli gələ bilər.

Şokolad istəyi maqnezium çatışmazlığından qaynaqlanır. Çiy kakao və çərəzlərlə (fındıq, badam) bu əskikliyi yox etmək olar.

Duzlu qidalara olan istək xlorid çatışmazlığından irəli gəlir. Qidalara dəniz duzu əlavə etməklə qarşısını almaq olar.

Şəkərli qidalara duyulan ehtiyac orqanizmdə xrom, karbon, kükürd, triptofan əskikliyi olduğunu göstərir. Xrom üçün pivə mayası, karbon üçün təzə meyvələr, kükürd üçün soğan və sarımsaq, triptofan üçün isə kartof və ispanaq yeyilə bilər.

Qırmızı ətə olan istək dəmir çatışmazlığından irəli gəlir. Bunun üçün ispanaq yeyilməlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.