Uzun və sağlam ömrün SİRRİ

02 Nisan 2018
1 812
0
Uzun və sağlam ömrün SİRRİ
Həyatınızda edəcəyiniz xırda dəyişikliklərlə sağlam və xoşbəxt bir həyat sürə bilərsiniz.

Feat.Az
lent.az-a istinadən uzun və sağlam bir ömür yaşamağın sirrlərini açıqlayır.

Gigiyena qaydalarına riayət edin: Sağlam yaşamaq üçün diqqət edilməsi gərəkən ən vacib amil gigiyenik təmizlikdir. Çünki təmizlik bir çox xəstəlik mikroblarına yoluxmanın qarşısını alır. Dəri, ət, diş, ağız, dırnaq, əl, ayaq, saç üçün gigiyenik qaydalara riayət etmək lazımdır. Əllər tez-tez kif sabunla yuyulmalıdır. Ağız və diş əti sağlamlığı vacibdir. İrəliləyən yaşlarda diş, diş əti sağlamlığına daha çox diqqət etmək və ən az ildə 1 dəfə diş müayinəsindən keçmək lazımdır.

Düzgün qidalan, sağlam yaşa: Sağlam yaşamağın ən vacib amillərindən biri düzgün və kifayət qədər qidalanmaqdır. Ancaq eyni şeylərlə qidalanmaq, nə gəldi yemək, ayaq üstə yemək, hərəkətsizlik bir çox narahatlıqlara yol açır. Daha çox yağlı qidalar yemək, ev yeməklərindən daha çox çöldə, restoranlarda yeməyə üstünlük vermək, lifli qidaların yeyilməməsi piylənmə və şəkər xəstəliyi kimi problemlərə yol aça bilər.

Peyvəndlərə laqeyd yanaşmayın: Xəstəliklərdən qorunmaq üçün peyvəndlər əhəmiyyətli bir qalxandır. Hər il qrip, 5 ildən bir sətəlcəm, 10 ildən bir tetanus və hepatit əleyhinə peyvənd vurulmalıdır.

Düzgün vaxt, uyğun müddət və idman: İdman sağlamlıq üçün əhəmiyyətlidir. Ancaq idmanın düzgün vaxtda edilməsi və çox sərt edilməməsinə diqqət etmək lazımdır. Ofisdə çalışanlar, hər zaman hərəkətdə olmağa diqqət yetirin.

Su həyat deməkdir: Bol su qəbul etmək bədənin su ehtiyacını ödəmək üçün əhəmiyyətlidir. Hazır meyvə suları, çay, qəhvə, içkilər su ehtiyatını ödəmək üçün kifayət etmir. Həm təbii və sağlamlıq üçün faydalı olması baxımından bitki çaylarına üstünlük verin.

Əlavə dəstək ala bilərsiniz: Lazım olan hallarda həkim məsləhətlərinə uyğun olaraq düzgün dərman preparatları qəbul edə bilərsiniz. Vitamin C, E, maqnezium, selenium, koenzim Q10, kalsium, sink, flavanoidlər, yaşıl çay, üzüm çəyirdəyi ekstraktı, DHEA, qlutatyon istifadə edilə bilər.

Aşiq olun: Sevməyin həm psixoliji, həm fiziki sağlamlıq baxımından müsbət təsir göstərdiyi bilinir. Sevginin qan dövranını nizamlaması, ürək ritmini , maddələr mübadiləsini sürətləndirməsi, yaddaşı, immunitet sistemini gücləndirməsi, esterogen və testesteronun artması, ağrını daha az hiss etmək kimi təsirləri var.

Zamana qarşı çıxın: Stress, mənəvi yorğunluq, ətraf mühitin kirli olması, zərərli vərdişlər, maddi çatışmazlıq - bütün bunların baş alıb getdiyi bir zamanda yaşayırıq. Bir tək çıxış yolu bunlara qarşı getmək və zamana qarşı çıxmaqdır. Zərərli ətraf mühit amillərindən qorunmaq, zərərli vərdişlərdən uzaq durmaq və yuxu nizamı sağlamlıq üçün vacibdir.

Bunları unutmayın!


Keyfiyyətli bir yuxu ən az 7 saat olmalıdır və 23:00 - 03:00 saatlarını əhatə etməlidir.

Siqaret və spirtli içkidən uzaq durun. Siqaret immunitet sisteminə mənfi təsir göstərərək xəstəliklərə yoluxmanı asanlaşdırır.

Yayda açıq rəngli, qışda isə tündə rəngli geyimlər geyinmək sizi fəsillərin mənfi təsirindən qoruyacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.