Yaddaş şkalasında Yeriniz(TesT)

04 Kasım 2014
1 712
0
Yaddaş şkalasında Yeriniz(TesT)
Yaddaş şkalasında Yeriniz(TesT)

Bu test sizin yaddaş şkalasında harada olduğunuzu anlamağınıza kömək ola bilər. Verəcəyiniz hər "Bəli" cavabı üçün özünüzə 1 bal verin.

• Yaddaş problemi yaşayırsınızmı?

• Diqqətinizi bir işə cəmlədikdə çətinlik çəkir və tez-tez fikriniz qarışırmı?

• Çox yaxşı tanıdığınız birinin adını unutduğunuz olurmu?

• Çox vaxt keçmişlə əlaqədar bəzi detalları xatırlayıb, ancaq dünən nə etdiyinizi unutduğunuz anlar olurmu?

• Həftənin hansı günündə olduğunuzu unutduğunuz olurmu?

• Bir şeyləri axtarmağa çalışıb sonradan nə axtardığınızı unutduğunuz olurmu?

• Ailənizdən kimsə və ya da dostlarınız sizin əvvəlkinə nisbətən daha unutqan olmağa başladığınızı söyləyirlərmi?

• Çox vaxt zehni yorğunluq hiss edirsinizmi?

• Hər hansı bir işə 1 saatdan çox diqqət verə bilmədiyinizi hiss edirsinizmi?

• Tez-tez açarınızı unutduğunuz olurmu?

• Davamlı olaraq söylədiyiniz bir şeyi təkrar edirsinizmi?

• Bir şeyləri öyrənərkən artıq çətinlik çəkdiyinizi hiss edirsinizmi?

• Bəzən etməyə çalışdığınız işi bir anda unudursunuzmu?

• Hər hansı bir şey üçün istifadə edəcəyiniz rəqəmləri bir yerə qeyd etmədən xatırlaya bilmirsinizmi?

Qiymətləndirmə:

1-5 bal: Hafizənizlə əlaqədar böyük bir probleminiz olmur, ancaq sizin yenə də yaddaşınızı daha da gücləndirmək üçün təbii yaddaş gücləndiricilərdən istifadə edə bilərsiniz.

6-10 bal: Hafizənizin mütləq güclənməyə ehtiyacı var, beyniniz çətin vəziyyətdədir. Yaddaşsızlıqdan xilas olmaq üçün idman etməli və stressdən uzaq olmalısınız.

11-14 bal: Nəzərə çarpacaq dərəcədə yaddaş zəifliyi yaşayırsınız və bunun qarşısını almaq üçün nəsə etməlisiniz. Həkimə gedərək bu yaddaş zəifliyinin səbəbini araşdırmalısınız. Stress hormonlarındakı balanssızlıqdan da belə bir problem yaşaya bilərsiniz.


Redaktə:Mrs.IsGenDerLi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.