Bürcünüzə Görə Tənha Olmağınızın Səbəblərini Deyirik!

04 Mayıs 2018
2 343
0
Bürcünüzə Görə Tənha Olmağınızın Səbəblərini Deyirik!
Tək olduğunuzla bağlı bürcünüzün də təsiri ola biləcəyini heç düşündünüzmü? Bürcünüzə görə tənhalığınızın səbəbləri :

1. Qoç Bürcü

Gözləntiləri çox olan və çətin bəyənən bir insan olduğunuz üçün qarşı tərəf sizinlə olan münasibətini davam etdirməkdən çəkinir. Həmçinin qarşı tərəf üzərində hakimlik etməyiniz də qarşı cinsi qorxudur.

2. Buğa Bürcü

Hər cəhətdən qazanan tərəf olacağınıza inansanız, istədiyiniz insanın arxasınca sonuna qədər gedərsiniz. Başlanğıcda bu vəziyyət sizi və qarşı tərəfi narahat etməsə də, münasibətin irəliləyən dövrlərində bu qarantiçi xarakteriniz mane olmağa başlaya bilər və yenidən tənha qala bilərsiniz.

3. Əkizlər Bürcü

Təbii cazibədarlıq, şirin dilli və diqqətçəkən hərəkətlərinizlə yanaşı, narahat və gərgin biri olmağınız sizi şübhə içinə sala bilər. Bu hal da çox vaxt qarşı tərəfin beynində suallar yaradır və başının qarışmasına səbəb olur.

4. Xərçəng Bürcü

Hər şeyə və hər kəsə qarşı inamsızlıq, sizin beyninizdə tez-tez yaranan bir duyğudur. Bu mövqeyiniz, qarşı tərəfin münasibəti bitirməəsinə və sizdən tamamilə uzaqlaşmasına səbəb ola bilər.

5. Şir Bürcü

Özünüzə olan hədsiz inam hissi münasibətin başında qarşı tərəfə xoş görünür. Ancaq, zamanla onu görmədiyinizi və istəmədiyinizi düşünən sevgiliniz, hərəkətlərinizi itici görməyə başlayır və qısa zamanda sizi tərk edir.

6. Qız Bürcü

Çox tənqid etməkləri Qızların başına həmişə bəla olub..Baş verən hadisələri təkrar-təkrar danışmaq və gündəmə gətirmək münasibətlərinin bitməsinə səbəb olur.

7. Tərəzi Bürcü

Hər kəsin sizə qarşı olduğu ilə bağlı fikirlərinizə sevgiliniz məna verə bilmir zaman keçdikcə sizdən uzaqlaşır.

8. Əqrəb Bürcü

Hədsiz sirli xarakterinizlə sevgilinizə nöqsanlarınızı və zəif cəhətlərinizi deməkdən qorxursunuz. Amma öz dünyanızda yaşayıb bu səhvlərinizə davam etsəniz, o da sonda münasibəti başa çatdıracaqdır.

9. Oxatan Bürcü

Plansız, proqramsız hərəkət edən bir xüsusiyyətiniz olduğu üçün bir yerdə qalmaq sizə görə deyil. Bir gün qarşı tərəfin ruhu da duymadan, əşyalarınızı toplayıb gedə biləcək potensialda birisiniz.. Bu hal da sevgilinizin beynində sizə güvənib-güvənməmək məsələsində şübhə yaranmasına da səbəb olur.

10. Oğlaq Bürcü

Kin saxlayan biri olduğunuza və güzəştə getmədiyinizə görə partnyorunuz sizinlə olmaq istəməyə bilər. Bundan əlavə, işə sevgilinizdən daha çox vaxt ayırırsınız, bu da münasibətləri bitirən başlıca səbəblər arasındadır.

11. Dolça Bürcü


Hislərinizə qapıldığınız zaman zərər görməkdən qorxduğunuz üçün hisləriniz yoxmuş kimi davranmağa meyl göstərirsiniz. Belə olduğunuz zaman, özünüz kimi olmadığınız üçün partnyorunuz sizdən uzaqlaşa bilər.

12. Balıqlar Bürcü


Gözləntiləriniz çox yüksək olduğu üçün xəyal qırıqlığı daha çox yaşayırsınız. Bu vəziyyət qarşısında tələblərinizə uyğun olmadığını görən sevgiliniz sizi tərk edə bilər.
kenquru.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.