Ev şəraitində şəkərsiz şokolad hazırlamağın YOLLARI

02 Ekim 2021
1 695
0
Ev şəraitində şəkərsiz şokolad hazırlamağın YOLLARI
Mövzu şokolad olan zaman bir çox insan əziyyətlə riayət etdiyi pəhriz rejimini pozur, bəziləri isə idman zallarında itirdiyi kaloriləri və saatlarını unudaraq özünü şokoladın sehrinə təslim edir.

Feat.Az bütün bu əziyyətlərə qatlaşmamağın, saatlarla idman etdikdən sonra nəfsinizi saxlamadığınız üçün vicdan əzabı çəkməməyin asan və dadlı yolunu diqqətinizə çatdırır:

Şəkərsiz şokolad!

Bu növ şokolad artıq çəki verməməklə yanaşı, keyfiyyətli yağ və protein qəbul etməyinizi təmin edir.

Resepti

Fıstıq əzməsi

Kokos yağı

Keçibuynuzu unu

Xam kakao

Badam südü və ya üstünlük verdiyiniz hər hansı bir süd çeşidi

Maye steviya (dad vermək üçün)

Ev şəraitində şəkərsiz şokolad hazırlamağın YOLLARI

Hazırlanma qaydası

3 yemək qaşığı şəkərsiz fıstıq əzməsini 1 yemək qaşığı kokos yağının üzərinə əlavə edirsiniz. Alınan qarşığı çox zəif odda qısa bir müddət əridirsiniz. Daha sonra 1 yemək qaşığı keçibuynuzu unu və xam kakaonu əlavə edib qarışdırırsınız. Sonda maye steviya ekstraktını zövqünüzə uyğun olduğu qədər əlavə edirsiniz. Ən sonda südü yavaş-yavaş qarışığa tökürsünüz. Şokolad pudinq formasına gələnə qədər qarışdırılmalıdır. Daha sonra üzərinə bir qədər qovrulmuş fındıq əlavə edə bilərsiniz. Şokoladı odun üzərindən götürüb vaxt itirmədən soyuducuya qoymaq lazımdır. Şokolad 1-2 saat qaldıqdan sonra tam özünü tutacaq.



Bu şokoladı olduqca qısa müddətdə ev şəraitində hazırlaya bilərsiniz. Beləliklə, bol qatqılı, sağlamlığa zərərli şokolad məhsullarından həm özünüzü, həm də uşaqlarınızı uzaq tuta bilərsiniz.
publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.