Gülabın faydaları » Feat.Az Sekiller, Xeberler, Yazili

Gülabın faydaları

20 May 2018
565
0
Gülabın faydaları
Gülab gül ləçəklərindən və ya müxtəlif bitki yarpaqlarından əldə edilən içkidir. Gülabın hazırlanma tarixi qədimlərə qədər gedib çatır. Gülabdan alkohollu içkiləri, mineral suları, siropları, müxtəlif meyvələrdən hazırlanan içkiləri dadlandırmaq üçün istifadə edilir. Giləmeyələri qaynatdıqdan sonra suya gülab və şəkər tozu əlavə etdikdə dadlı şərbət əldə edilir. Gülabın hazırlanma texnologiyası ilə sərt dərman miksturaları, tinktura və dərman maddələri də hazırlanır. Müalicəvi tərkibli bitkilərdən hazırlanan gülabdan az miqdarda suya damızdıraraq içmək orqanizmə müalicəvi təsir göstərir. Feat.Az immunitet.az-a istinadən bildirir ki, gülab hazırlamaq üçün xüsusi qazandan istifadə edilir. Qazan mütləq misdən hazırlanmalıdır. Bu qazan iki hissədən ibarət olur. Alt hissəyə istənilənn bitki və ya gül ləçəkləri tökülür və qazanın üst hisəəsi qapanır. Qazanın ikinci hissəsi isə xüsusi quruluşa malik olur. Onun aşağı hissəsi dairəvi və qabarıq, üstündə isə su tökmək üçün yer olur. Qazan zəif odun üstündə qızdıqca, onun üst hissəsindəki su da isinir. Üst qazanda olan su qızdıqca soyuq su ilə əvəz edilir. Bu zaman bitki ləçəklərindən əmələ gələn isti buxar üstdəkli qazanın alt hissəsindən süzülüb nazik boruya, ordan da şüşə qaba damcılanır. Gülabın əmələ gəlmə prosesi çox yavaş və çətin bir prosesdir. Çiçək ləçəklərindən əmələ gələn buxarın gülaba çevrilməsi saatlarca vaxt tələb edir. Gülab onun əldə edilməsi zamanı istifadə olunan bitkinin tərkibindən asılı olaraq müxtəlif ətrə malik olur. Ondan müxtəlif içkilərin, siropların, şərbətlərin dadlandırılması məqsədilə istifadə olunur.
Gülabın faydalı xüsusiyyətləri
Gülabdan bir çox xəstəliklərin müalicəsi zamanı istifadə edilir. O qəbizliyi, ürəkbulanmanı aradan qaldırır, ishal zamanı xəstəlik əlamətlərini azaldır. Gülab revmatizma ağrılarını aradan qaldırmaq abiliyyətinə malikdir. Gülab ürək və mədənin möhkəmlənməsinə səbəb olur, stressi aradan qaldırır, arterial təzyiqi aşağı salır. Gülab iyləmək diqqətin toplanmasına səbəb olur.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz