Biliyə marağı olan uşaqlar məktəbdə daha yaxşı oxuyurlar

02 Haziran 2018
1 058
0
Biliyə marağı olan uşaqlar məktəbdə daha yaxşı oxuyurlar
Amerikalı psixoloqlar biliyə marağı olan uşaqların məktəbdə daha yaxşı nailiyyətlər qazanmasını təsdiq edirlər.

Feat.Az
AZƏRTAC-a istinadən bildirir ki, bu xüsusiyyət aztəminatlı ailələrdən olan uşaqlarda daha çox müşahidə edilir. Belə ki, 5-6 yaşlı 6200 məktəbli arasında aparılan müşahidələrdə biliyə maraq göstərən uşaqların inkişaf etmiş təxəyyülə malik olduğu, qarşıya qoyulan məsələlərin həllində yeni yanaşmaları mənimsəmə bacarığı və yeni şəraitə tez uyğunlaşmaları aşkarlanıb.

Araşdırmanın nəticələri "imkanlı ailələrdən olan uşaqlar daha yüksək qiymətlər alır, çünki müxtəlif proqramlara daxil olur və daha az stress keçirirlər" kimi fərziyyələri təkzib edir. Başqa sözlə desək, uşaqlarda maraq bu uyğunsuzluğu aradan qaldırır və onların məktəbdə daha çox nailiyyət əldə etmələrinə kömək olur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.