Nostalji duyğular gələcəyin qəbul etdirir
Feat.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatın nəticələrinə görə, nostalji duyğular təkcə məmnunluq gətirmir, həm də insanın psixoloji və fiziki vəziyyətinə üstünlük verir. Eksperimentin gedişində şüurlu nəzarət və nostalgiyanın üstünlüklərindən biri arasında bağlılıq məsələsi araşdırılıb. Məlum olub ki, insanlar baş verən hadisələrə dərin diqqət ayırırlar. Bu da özlüyündə oxşar duyğuların yaranması üçün zəmindir. Alimlərin sözlərinə görə, bu proses emosiyaların nizamlanmasına və ümumi əhvalın yaxşılaşmasına kömək edir. Əksər hallarda güclü nostalji duyğular qeyri-ixtiyari olur və təsadüfi hissedici stimulla, məsələn, mahnı və qoxu ilə əmələ gəlir. Bu səbəbdən alimlər xoş hadisələri yadda saxlama prosesinə nəzarət etməyi məsləhət görürlər ki, bu da gələcəkdə yaranan nostalji hisslərə müsbət təsir göstərir.