Gün eynəklərini necə seçməli?

30 Mayıs 2018
1 415
0
Gün eynəklərini necə seçməli?
Günəşin ultrabənövşəyi (UB) şüalarına uzun müddət məruz qalmaq gözün torlu qişasının zədələnməsinə və katarakt (mirvari suyu) kimi göz problemlərinə səbəb ola bilər. Bunun baş verməməsi üçün gün eynəklərindən istifadə etmək mütləqdir. Lakin gün eynəyi taxmaq çox böyük diqqət tələb edir.

Feat.Az
xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, keyfiyyətsiz, UB şüaları keçirən şüşədən hazırlanmış gün eynəyi istifadə edildiyi zaman göz bəbəkləri böyüyür. Tünd şüşələr gözün təbii qorunma mexanizmini (bəbəyin parlaq işığa reaksiyası) pozur, lakin qoruya bilmir. Bu da zərərli şüaların gözə daha çox daxil olaraq torlu qişada zədələyici təsir yaratmasına səbəb olur. Uzun müddət ərzində gözdə miopiya, astiqmatizm, hətta iki göz arasında əlaqənin zəifləməsi və ikili görmə yarana bilər.

Gün eynəyi seçərkən diqqət edilməli məqamlar var. Belə ki, ilk olaraq eynəyi taxdığınızda bulanıq görürsünüzsə, şüşəsinin keyfiyyətsiz olduğundan əmin ola bilərsiniz. Üz quruluşuna uyğun eynək seçilməsi tövsiyə olunur. Çünki eynək üz quruluşuna tam uyğun gəlmədiyi halda gözünüz yan tərəflərdən günəşin zərərli şüalarına məruz qala bilər. Eynəyin şüşəsinin rənginin hər tərəfində eyni olmasına diqqət edilməlidir. Eynəyi taxdığınız zaman qarşı tərəfdə duran şəxs gözlərinizi görürsə demək ki, şüşəsi kifayət qədər tünd deyil.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.