Üzdəki tüklər sapla necə alınır? - QAYDASI
Bəs sapla üz almağın qaydası necədir? Feat.Az ailem.az-a istinadən sapla üz almağın üsulunu göstərir.
Sapla tük almaq üçün ilk olaraq nazik bir sap seçilir. Seçdiyiniz sapı 4 qarış uzunluğunda kəsin. Sonra ipi ikiyə qatlayıb ortasından 8 işarəsi formasında çevirin.
Bir tərəfinə işarə və baş barmağınızı keçirin. Digər tərəfin bir ucunu ağzımızla sıxıb digər qismini barmağınıza dolayın. Ağzınıza almaq istəmirsinizsə, barmağınıza dolaya bilərsiniz.
Sonra tüklərini almaq istədiyiniz yerdəki tükləri sapın arasına sıxaraq irəli, geri hərəkət etdirin. Tüklərin qopmasını təmin edəcək bu hərəkəti edərkən dərini zədələməməyə diqqət edin.