O sən deyilsən

18 Ağustos 2014
1 983
0
O sən deyilsən
O sən deyilsən


Get məndən uzaq dur xatırlama adımı,
Sən artıq gözümdə o sən deyilsən.
Unut xatirəmi, parçala at şəklimi,
Sən artıq gözümdə o sən deyilsən.
O mənim sevdiyim o sən deyilsən.

O sən deyilsənO sən deyilsən

Sənə könül verən nicat tapmamış,
Söylə səni sevib kim ağlamamış?
Günah dəftərində boş yer qalmamış,
Canımı verdiyim o sən deyilsən
O mənim sevdiyim o sən deyilsən.

O sən deyilsənO sən deyilsən

Eşqi qədəhlərdə axtaran olmusan,
Bu budaqdan o budağa qonub qalmısan,
Sən özünə belə zərər olmusan,
O mənim sevdiyim o sən deyilsən...
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.