Alimlərdən xəbərdarlıq: Bu qidadan uzaq durun, çox zərərlidir

19 Eylül 2018
1 300
0
Alimlərdən xəbərdarlıq: Bu qidadan uzaq durun, çox zərərlidir
Harvard universitetinin professoru, onkoloq Karin Mixels Almaniyada leksiya ilə çıxış edib.

Feat.Az "ölkə.az"-a istinadən bildirir ki, Karin "Kokos yağı və digər qida səhvləri" mətnində sübut edib ki, kosmetika və qida sənayesində istifadə edilən kokos yağı ziyanlıdır. Alim kokos yağını "əsl zəhər" adlandırıb:

"Bu, əsl zəhərdir. Qidada istifadə ediləcək ən ziyanlı ərzaq məhsullarından biridir".

Onun sözlərinə əsasən, kokos yağının tərkibinin 80%-i zərərli doymuş yağlardan ibarətdir. Bu, donuz piyinə nisbətən 2 dəfə çox, mal piyinə nisbətən isə 60% çoxdur. Məhz doymuş yağlar insan qanının tərkibindəki xolesterini artırır, ürək-damar xəstəlikləri riskini, infarkt və insult riskini artırır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.