Maraqlı tibbi faktlar » Feat.Az Sekiller, Xeberler, Yazili

Maraqlı tibbi faktlar

11 sentyabr 2018
540
0
Maraqlı tibbi faktlar
1. Antibiotiklər - yarımsintetik və ya təbii tərkibli farmasevtik dərman maddələridir. Təsir effektinə görə antibiotiklər bakteriasid(bakteriyaların məhv olması üçün) və bakteriostatik(bakteriyaların inkişafının qarşısını almaq üçün)təsirə malik olurlar.
2. Hipokkrat - Qədim Yunan həkimidir və tibb elminin atası sayılır. Feat.Az immunitet.az-a istinadən bildirir ki,Hippokrat ilk dəfə xəstələrin müayinə olunması barədə - auskultasiyanı(qulaq asaraq daxili orqanların müayinə etmə üsulu), palpasiyanı(əlləməklə xəstəliklərə diaqnoz qoymanı), müxtəlif xəstəliklərin ağırlıq dərəcələrinin olmasını, rasional diaqnostikanı, sınıqlar və gərilmələr zamanı sarğıların qoyulması fikrini irəli sürüb.
3. İnsulin - mədəaltı vəzin Langerhans adacıqlarının ifraz etdiyi beta hüceyrələrindən ibarət olan təbii zülallı hormondur. İnsulin hormonu demək olar ki, orqanizmin bütün toxumalarında baş verən mübadilə proseslərində iştirak edir. İnsulin qanda şəkərin miqdarını aşağı salır. İnsulin qlükozanın plazmatik membrandan sorulmasına səbəb olur, qlikozid fermentlərini aktivləşdirir.
4. Qlükoza - "saf " kartbohidratdır, ağ və rəngsiz, iysiz, şirin dada malik kristal şəklində olan tozdur. Qlükoza maddələr mübadiləsi zamanı lazım olan enerjinin yaranmasına səbəb olur.
5. Antitel, immunoqlobilin - mürəkkəb zülallı qlikoproteindir. O toxuma mayesində həll olmuş molekullar şəklildə fəaliyyət göstərir. Antitelin qanda membranla əlaqəli olan reseptorları B limfositlərinin üst səthində yerləşir. Atitel və antigenlər daxildə bir-birinə qarşılıqlı təsir etmək qabiliyyətinə malikdirlər. İnsan orqanizmində 5 antitel(immunoqlobilin) yarana bilir. Amin turşulu tərkibə malik olan bu antitellər molekul əlaqəsi yaradabilmək xüsusiyyətlərinə malikdirlər. Onlar orqanizmdə effektiv funksiyaları yerinə yetirirlər - LgG, IgA, LgM, lGd, LgE. Antitellər insan orqanizmində immunitetin yaranmasında vacib rol oynayır, immun sistemin möhkəmlənməsində və yad maddələrin orqanizmdə neytrallaşdırılmasında mühüm rol oynayırlar. Yad obyektlərin sırasına viruslar, bakteriyalar və s. aiddir.
6. Homeostaz - orqanizmin daxili mühitinin sabit qalması, orqanizmin öz-özünü tənzimləmə qabiliyyətinin olması, hüceyrə daxilində baş verən problemlərin həll edilə bilməsi, bir sözlə orqanizmin özündə dinamik sabitliyi qoruyub saxlaya bilmək qabiliyyətinin olmaslıdır. Homeostaz zamanı orqanizm itirilmiş tarazlığını daxili gücünün hesabına bərpa etməyə çalışır. Homeostazın normal saxlanılmasında qan dövranı, tənəffüs, axıntılar, maddələr və enerji mübadiləsi iştirak edir.
7. Stress - baş verən xoşagəlməz hadisələrə ( psixi və ya fiziki) qarşı orqanizmin verdiyi reaksiya və homeostaz pozulmasıdır.
8. Urologiya tibbin sidik sistemi orqanlarının diaqnostikası, müalicəsi, xəstəliklərinin profilaktikası ilə məşğul olan sahəsidir. Urologiya böyrəküstü vəzilərdə və kişi cinssiyyət orqanlarında meydana çıxan patologiyaların müaliccəsi ilə də məşğul olur.
Uroloji cərrahiyyə cərrahiyyənin şöbələrindən biridir. Uroloji cərrahiyyə sidik orqan və sistemlərində meydana çıxan xəstəlikləri cərrahi yolla müalicə edir.
Ən çox yayılmış uroloji xəstəliklər uretrit, sistit, prostatit, böyrək vərəmi, böyrəklərin xərçəng xəstəliyi, prostat vəzin xərçəngi, xayaların şiş xəstəlikləri, albuminuriya, proteinuriya, böyrək və sidik daşı xəstəlikləridir.
Uroloji xəstəliklər özünü sidiyə çıxmanın azalması, anuriya, böyrək sancıları, hemoturiya( sidikdə qan, eritrosit), proteinuriya ilə biruzə verir.
9. Nevrologiya - tibbin periferik və mərkəzi sinir sistemi xəstəlikləri , onların diaqnozu və müalicəsi ilə məşğul olan bölməsidir. Ən geniş yayılmış nevroloji xəstəliklərə depressiya, miqren, xroniki yorğunluq, nevraslgiya, damar-sinir distoniyası, iflic və s. aiddir.
10. Onkologiya - tibbin xoş və bədxassəli şiş xəstəlikləri, onların diaqnostikası, müalicə və profilaktikası ilə məşğiul olan bölməsidir.
11. Hemofiliya - qanın laxtalanma qabiliyyətinin pozulması ilə müşahidə edilən nadir xəstəlikdir. Hemofiliya xəstəliyi zamanı xəstələrin daxili orqanlarında, əzələ və oynaqlarında spontan qanaxmalar olur.
12. Psoriaz - xroniki infeksion xəstəlik olub dəri səpgiləri və dəri quruluğu ilə müşahidə edilir.
13. Plasebo effekti - insanın özünə və ya nəyəsə qarşı inamı sayəsində sağlam olmasıdır. Plasebo effekti zamanı insana adi bir dərman vedikdə o bu dərmanın onu sağaldacağına inanır və xəstə həqiqətən də sağalır.
14. Bədxassəli şiş - bəd xassəyə malik olan şiş toxumasıdır. Bəd xassəli şiş toxuması qısa bir zamanda çoxalmaq və ətraf orqanlara təsir etmək qabiliyyətinə malikdir. Bizim ölkəmizdə bədxassəli şişi xüsusi adlarla adlandırırlar, amma, xarici ölkələrdə bədxassəli şiş xəstəliklərinin xüsusi adları yoxdur, onları bütün növü eyni ad altında( bədxassəli şiş)birləşir.
15. Melanoma(melanoblastoma) - dərinin bədxassəli şiş toxumasıdır. Melanoma, dəridə, gözün ətrafında və selikli qişalarda əmələ gələ bilir.
16. Konyuktvit - gözün selikli qişasının iltihabi xəstəliyidir. Xəstəlik bakteriyalar(qonokokk, streptokokk, stafilakokk), viruslar, göbələklər və ya xlamidozlar tərəfindən törədilir.
17. Akupunktura ( iynə ilə müalicə) - çin təbabətində istifadə edilən müalicə üsullarındandır. Müalicə təyin edilmiş nöqtələrə iynələri batırmaqla həyata keçirilir.
18. Çiçək xəstəliyi - virus infeksiyası səbindən baş verən xəstəlikdir. Bu xəstəlik intoksikasiya əlamətləri, dəri və selikli qişaların səpgiləri ilə müşahidə edilir. Çiçək xəstəliyi səbəbindən meydana çıxan səpgilər sağaldıqdan sonra dəridə çapıq toxuma izi qoyur. Çiçək xəstəliyini ağır keçirən adamlarda görmənin pisləşməsi, hətta korluq meydana gələ bilir.
19. Fizioqnomika - insan orqanizminin sağlamlığının üzün gizgilərinə və üzün təsvirinə baxaraq təyin edilməsidir.
20. Farmokopeya - dərman vasitələrinin, tibbi substansiyaların, istifadə edilən köməkçi vasitələrin, müalicə və diaqnostika məqsədilə işlədilən dərmanların sənədləşdirilməsidir. Farmokopeya dövlət nəzarəti və hüquqi yollarla həyata keçirilir.
21. Mandraqora - çoxillik ot bitkisidir. Qədim zamanlarda onun kökündən ağrıkəsici vasitə kimi istifadə edilib Bu bitki halyusinogen təsirə malikdir. Müasir tibbdə mandraqoradan istifadə edilmir. Bunun səbəbi isə bitkinin baş beyində geridönməz proseslər əmələ gətirmədisir.
22. Relozisiya - sınıqlardan sonra sümüyün müalicə edilməsi istiqamətində tətbiq edilən müalicədir.
23. Taun - yüksək qızdırma, ağciyərlərin, limfa düyünlərinin, daxili orqanların zədələnnməsi, sepsis və ağır gedişlə müşahidə olunan infeksion xəstəlikdir. Taun xəstəliyi yoluxduruculuq və latent xüsusiyyətə malik olan xəstəliklərdəndir.
24. Pandemiya - ölkə və qonşu ölkələrdə xəstəliyin kütləvi surətdə yayılmasıdır.
25. Patologiya - prosesin normal olmayan və xəstəliyə doğru inkişaf etməsidir.
26. Dişlərin kariesi - ləng inkişafa və ağır gedişə malik olan və diş toxumasının zədələnnməi ilə müşahidə edilən xəstəlikdir. İlkin məhhələdə xəstəlik dişin bir hisssəsinin demineralizasiyasına, sonra təbii matriks təbəqəsinin zədələnməsinə, sonda isə dentin təbəqədə dəliyin əmələ gəlməsinə səbəb olur.
27. Pustula - dəri səpgisinin birincili iltihabi prosesi zamanı dərinin epidermis təbəqəsində əmələ gələn patologiyadır.
28. Parasels - Alman-İsveçrə əsilli kimyaçı-həkimdir. O tibbi kimyanın əsasını qoyan və dərmanların hazırlanmasında rolu olanlardan biridir.
Şərh Yaz