Daha az xəstələnməyin əlacı budur

11 Eylül 2018
1 056
0
Daha az xəstələnməyin əlacı budur
Amerika alimləri müəyyən ediblər ki, tənhalıqdan əziyyət çəkən insanlar adicə soyuqdəyməyə belə tab gətirmirlər. Rays universitetinin psixoloqları 159 nəfər üzərində araşdırma apardıqdan sonra bu nəticəyə gəliblər.

Feat.Az
islaminsesi.info-ya istinadən bildirir ki, adi soyuqdəyməyə tənhalıq çox güclü çəkildə təsir edə bilir. Könüllü olaraq bu təcrübədə iştirak edən 159 nəfərə soyuqdəymə virusu yoluxdurulub və onlar hamısı müxtəlif otellərə yerləşdirilib. Ümumilikdə 3 gün ərzində sağalan xəstələrin arasında araşdırma apararkən məlum olub ki, oteldə qalarkən çoxlu əlaqələr saxlamağına baxmayaraq bəzi xəstələr özlərini tənha hiss ediblər. Məhz bu tənha insanlar daha gec sağalaraq cəmiyyətə qayıda biliblər.

Qeyd edək ki, hələ 2011-ci ildə Çikaqo universitetinin psixoloqları müəyyən emişdilər ki, tənha insanlar yuxusuzluqdan əziyyət çəkirlər. Qeyd edək ki, eyni hal həm gənclərdə, həm də yaşlılarda təsadüf edilmişdi.

Daha qorxunc nəticəni isə Ohayo universitetinin araşdırmaçıları müəyyən etmişdilər. Məlum omuşdu ki, tənhalıq insanda immunteti sıradan çıxarır. İnsanda ikinci tipli diabet, ürək-damar xəstəliyi yaradır və Alzeymr xəstəliyini şiddətləndirir.

Bütün bunlardan çıxış yolu kimi isə dostların artırılması, qohumluq əlaqələrinin qüvvətləndirilməsi məsləhət görülüb. Belə hallarda həkimə qaçmaqdansa, münasibətlərin yaxşılaşdırılması tövsiyyə olunur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.