Gündəlik həyatınızı asanlaşdıracaq məsləhətlər » Feat.Az Sekiller, Xeberler, Yazili

Gündəlik həyatınızı asanlaşdıracaq məsləhətlər

11 oktyabr 2018
335
0
Gündəlik həyatınızı asanlaşdıracaq məsləhətlər
Bəzən eşitdiyimiz ən kiçik məsləhətlər belə müəyyən zamanlarda köməyimizə çatır.

Feat.Az
xarici KİV-ə istinadən, gündəlik həyatda istifadə edə biləcəyiniz 9 qaydanı təqdim edir:

1. Gün boyunca içdiyiniz suyun işinə portağal, limon kimi meyvələrin şirəsini qataraq C vitamini ilə qidalana bilərsiniz.
2. Soyuducunun kiçik qablarına əvvəlcədən hazırlanan qəhvəni tökərək dondurun. Sonra istədiyiniz vaxt istifadə edin.

3. Qaynatdığınız yumurtaların qabığı kalsium mənbəyidir. Yumurtanın suyundan dibçəkdəki güllərinizə də tökə bilərsiniz. Bu zaman bitkilər daha sağlam böyüyəcəklər.

4. Əgər ürəyiniz bulanırsa, dərman əvəzinə türk qəhvəsi sizə kömək edə bilər.

5. Xoşbəxt olmaq üçün albalı yeyin. Çünki onun tərkibində xoşbəxtlik hormonu sayılan melatonin var.

6. Dişlərinizi yeməkdən sonra yox, əvvəl fırçalayın. Bu zaman daha az yemək yeyəcəksiniz.

7. Melatonin hormonu həm də düzgün yuxu üçün gərəklidir. Yuxu probleminiz varsa, qozdan çox istifadə edin.

8. Əgər soğan, sarımsaq yemisinizsə və qoxusu sizi narahat edirsə, süd sizə yardımçı olacaq.

9. Yumurtanın təzə olduğuna şübhə edirsinizsə, onu soyuq su ilə dolu qabın içinə atın. Yumurta suyun dibinə düşsə, demək ki, təzədir.
axsam.az
Şərh Yaz