Qadının azadlığı pulla alınır

13 Ekim 2021
1 461
0
Qadının azadlığı pulla alınır
Hələ İslamdan çox-çox əvvəl, bütpərəslik zamanında da qadının cəmiyyətdəki vəziyyəti ağır idi. Kişi onun varidatını ələ keçirirdi. Qadııan vərəsilik hüququ yox idi. Onu cəmiyyətin tör-töküntüsü sayırdılar. Çünki yalnız ata minə bilən, vuruşan və qənimət gətirə bilənin miras almağa hüququ çatırdı. Hətta dul qalandan sonra da qadın nəinki ailə mirasına əli çatmırdı, onun özünü də əşya kimi başqa ailə üzvlərinə ötürürdülər. Kişinin əvvəlki nakahından oğlu vardısa analığına sahib çıxmağa ən çox onun hüququ çatırdı. Oğul analığını istəməsəydi də qadının evdən getməyə haqqı çatmırdı. O, azadlığını pulla almalı idi. Qadın boşanardısa yenidən ərinin yanına qayıtmaq hüququnu həmişəlik itirərdi. Kişinin isə evlənməkdə imkanları hüdudsuz idi. Kişini qadına qarşı ədalətli olmağa çağıran, ya da ədalətsizlik etməyində əngəl olan bir vasitə də yox idi.

Qız atası ah-vay edər
İslama qədər ərəblər ailədə qızın doğulmasını pis əlamət sayırdılar. Qızı doğulan ərəbin günü ah-vayla keçərdi. Bəzən onlar qızdan o qədər bezirdilər ki, uşaqları diri-diri basdırırdılar. Qızın üstəlik fiziki qüsurları olsaydı onun sağ qalmaq şansı lap az olurdu. Bəzən ərəblər uşaqlarını kasıbçılıq ucbatından öldürürdülər. Balasını gözünün qarşısında öldürən kişiyə qadının etiraz etməyə nə haqqı, nə də qüvvəsi çatırdı. Bəzən qidalanmada da qadın üçün qadağan olunmuş, amma kişiyə məqbul sayılan yeməklər vardı. Ən vacibi qadının fəxr etməli bir işi yox idi. O, yalnız qeyrətini çəkən kişisiylə fəxr edə bilərdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.