Kimlər sinə əməliyyatı etdirə bilər?

"Bu, çox təbii haldır. Lakin qadınların sinə əməliyyatı etdirməsi və ya etdirməməsi 4 üsulla test edilir. Sallanan sinələrdə, əsasən də, qolun aşağı hissəsinə doğru çatlara və ya dərinin nazilməsinə rast gəlirik. Sinələr də aşağıya doğru sallanır. Bundan başqa, sinənin tərləməsi və hava ala bilməməsi də dəri problemlərinə təkan verir.
Eyni zamanda, düzgün seçilməmiş büsqalter də sinə dekoltesində çatlar əmələ gəlməsinə və sallanmasına səbəb olur. Əgər sizdə də bu hallar müşahidə olunursa, əməliyyat üçün uyğun namizədsiniz.
Xəstələrin çoxu müayinə zamanı sinə sallanması ilə yanaşı, onların böyüklüyündən və ya kiçikliyindən də şikayətçi olduqlarını dilə gətirirlər. Onsuz da sallanmış sinələri əvvəlki vəziyyətinə qaytarmaq üçün sinə böyütmə əməliyyatı lazım gəlir.
Ona görə də sallanmış sinəni əvvəlki vəziyyətinə qaytarmaq və çatlamış dekolte hissəsini yaxşılaşdırmaqla yanaşı, sinə böyütmə əməliyyatı da olunur. Eyni şəkildə, böyük döşlərdən şikayətçi olan xanımlar isə sinə kiçiltmə əməliyyatı olunur”.
Bülent Cihantimur sinə kiçiltmə əməliyyatlarının yalnız estetik məqsədlə deyil, bel və kürək ağrılarının qarşısını almaq üçün də həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, sözügedən əməliyyat sağlamlıq problemlərini də aradan qaldırır.