Qəhvə sevənlər üçün: frappe - HAZIRLANMA QAYDASI

03 Kasım 2018
1 267
0
Qəhvə sevənlər üçün: frappe - HAZIRLANMA QAYDASI
Qəhvədən imtina edə bilmirsinizsə, isti yay günləri üçün alternativ bir təklifimiz var: frappe.

Məşhur qəhvə dükanlarında ləzzətlə içdiyiniz qəhvəni evinizdə də hazırlaya bilərsiniz.

Ləvazimatlar:

1 stəkan soyuq süd

1,5 çay qaşığı hazır qəhvə

3-4 dilim buz

1 çay qaşığı şəkər tozu

1 çay qaşığı krem

Krem şanti və şokolad sousu

Hazırlanması:

Bir böyük stəkana qəhvə, şəkər və südü əlavə edib yaxşıca qarışdırın. Qarışım köpüb stəkanın ağzına kimi dolmasına az qalmış kremi və buz dilimlərini əlavə edib qarışdırın. Üzərini krem şanti və şokolad sousu ilə bəzəyin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.