Depressiya qazanmaq istəmirsənsə…

06 Kasım 2014
1 587
0
Depressiya qazanmaq istəmirsənsə…
Depressiya qazanmaq istəmirsənsə…



Məhz belə bir nəticəyə yapon alimlər gəliblər.

Kioto ictimai sağlamlıq məktəbinin həkimləri Takaxasi Amaqasa və Takeo Nakayama bu fikirdədirlər ki, işləmək insanı depressiyaya salır.

Onlar 218 yaponun işi ilə bağlı stress amillərini öyrəniblər. Məlum olub ki, insan çox işləyəndə (həftənin minimum 60%-i) və bu zaman işi ağır olanda onda depressiya əlamətləri artmağa başlayır.

İşin çoxluğu ilə stress artdıqca depressiya riski də 15 dəfə artıb. Bunu isə həmin könüllülərin işinin 3 ildən sonra yenidən tədqiqatı sübut edib. Aydın olub ki, vaxt keçdikcə, şərait isə olduğu kimi qaldıqca, yaxud daha da ağırlaşdıqca risk də mütənasib surətdə artır.

Bəs siz necə fikirləşirsiniz? Axı deyirlər, “iş insanın cövhəridir”. İşləməsək, necə olar?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.