Qocalmanı ləngidən şərtlər

09 Kasım 2014
2 124
0
Qocalmanı ləngidən şərtlər
Qocalmanı ləngidən şərtlər

Birinci şərt. Həzm sisteminə diqqət


Həzm sistemi, bağırsaqlar saat kimi işləməlidir. Qəbizlik-orqanizmin zəhərlənməsi, solğun və sallaq dəri deməkdir. Bağırsaqlarımızın sağlamlığı isə ilk növbədə yeməyimizdən aslıdır:təzə meyvə-tərəvəz, saf su, mükün qədər az mayalı xəmir, salat və sıyıqlar, həmçinin səhərlər çobanyastığı çayı dərinin gözəliyinə xidmət edir. Dərimizin vəziyyəti, bədənimiin qaməti və çevikliyimiz də içdiyimiz suyun miqdarından və keyfiyyətindən aslıdır.

İkinci şərt. Doyunca yatmaq

Doyunca yatmamaq - dəri və saç gözəlliyinin qorxunc düşmənidir! Çalışın elə vaxtda yatağa uzanasınız ki, səhərədək yuxunuzu ala biləsiniz. İnanın ki, 7-8 saatlıq gecə yuxusuna alışmaqla gözəlliyinizə təravət gətirəcəksiniz.

Yuxu - ALLAHın insana heyratamiz hədiyyəsidir. Yatan insanın təkcə bədəni dincəlmir, ruhu da saflaşır, yuxu emosiyaları, artıq informasiyanı silir, yalnız faktları saxlayır.

Üçüncü şərt. Təmiz hava- gözəlliyin dostudur!

Əgər siz bütün gün ofisdə keçirisinizsə, heç olmasa, evə bir neçə dayanacaq piyada gedin. Mənzilinizin nəfəslik və pəncərələrini bütün fəsillərdə tez-tez açın. İstirahət günləri isə təmiz havada gəzişməyə vaxt ayırın. İnsan özünü nisbətən normal hiss etməsindən ötrü saatda ona təxminən otuz kubmetr hava lazımdır.
Gözəlliyi və cavanlığı qorumağın digər vacib sirri Hamamdır!Dərimiz-canlı orqanizmdir və bu orqanizmdə toplanan toksinlərdən müntəzəm xilas olmaq lazımdır. Dəridəki məsamələr ilə düz bağırsaq və böyrəklərdən üç dəfə yarım çox zəhərli maddə insanı tərk etməyə qabildir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.