Narın möcüzəvi faydaları

24 Kasım 2018
1 095
0
Narın möcüzəvi faydaları
Payız fəslinin ən çox sevilən meyvələrindən olan narın faydaları haqda nə bilirsiniz?

Feat.Az
xarici mediaya istinadən narın möcüzəvi faydalarını sadalayır:

- Nar qızdırmanı, yorğunluğu aradan qaldırır, bədənə enerji verir, ürəyi, mədəni və diş ətini qüvvətləndirir. Mədə iltihabı və ağız yarası üçün faydalıdır, immunitet sistemini gücləndirir, orqanizmi xərçəng xəstəliyindən qoruyur. Nar təzyiqi aşağı salır, damar sərtliyinin qarşısını alır. Bu xüsusiyyətlərinə görə nar ürək-damar xəstəliklərinə qarşı ən yaxşı qoruyucu vasitə hesab olunur. Nar dəri üçün də faydalıdır.

- Narın qabıqlarından çay dəmləyib içilərsə, ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır.

- Hər gün nar suyu içmək insanın bel nayihəsindəki yağların əriməsinə səbəb olur.

- Damarlarda yaranan tıxanıqlıqda faydalıdır. İnsanlar üzərində aparılan araşdırmada 2 həftə ərzində gündə 50 ml nar suyunun təzyiqi artıran səbəbləri 36 faiz azaltdığı bəlli olub.

- Bir fincan nar suyu 10 fincan yaşıl çaya bərabərdir.

- Narın tərkibində xərçəngə qarşı müdafiə özəlliyinə sahib olan antioksidanlar var. Şirədəki adıçəkilən maddə qırmzı şərab, yaşıl çay, portağal şirəsindəki ilə müqayisədə 3 dəfə çoxdur.

- Nar bədəni və qəlbi qüvvətləndirir.

- Şirin nar mədənin fəaliyyətini gücləndirir, turş nar isə mədədə olan yanma hissini aradan qaldırır.

- Nar həm boğaza, həm də ağciyərə faydalıdır, öskürəyi kəsmək qabiliyyətinə malikdir.

- Dırnaq iltihabı və cərrahi yaraların müalicəsində nar tumunun balla birlikdə qarışdırılaraq əldə edilən məlhəmindən istifadə məsləhət görülür.

- Ürəyin ən gözəl dərmanı 1 stəkan nar suyudur.

- Nar meyvəsinin suyu bağırsaqları yumşaldır.

- İshalı saxlayır və ürəkbulanmanı aradan qaldırır.

- Nar suyu orqanları gücləndirici xarakterə malikdir.

- Gözdəki sarılığı aradan götürmək üçün meyvənin içindəki ətli qismi ilə narın suyu çıxarılır və bir miqdar bal ilə qarışdırılıb məlhəm olanadək bişirilir. Daha sonra bu məlhəmlə gözə sürmə kimi çəkilir.

- Diş ətinin iltihabı zamanı bir də diş çürümələrində narın suyundan istifadə etmək məsləhət görülür.
axsam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.