Qeybətin Hökmü

08 Kasım 2014
1 713
0
Qeybətin Hökmü
Qeybətin Hökmü

Qeybətin Hökmü
Qeybətin hökmü

Qeybət etmək haramdır. Bu əməli edən hər hansı bir şəxs böyük günah sahibi olur. Uca Allah buyurur:
“Ey iman gətirənlər! Zənnin çoxundan çəkinin. Çünki zənnin bəzisi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir”.(əl-Hucurat surəsi, 12)
Ənəs ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu:
"Meracda olduğumda bir qism insana rast gəldim. Onlar dırnaqları ilə üzlərini və sinələrini cırırlardı. Cəbraildən onların kim olduğunu soruşdum. O, "Onlar insanların ətlərini yeyən və onların eyiblərini danışanlardır"-deyə cavab verdi . Bu hədis qeybətin haram və böyük günah olmasına dəlalət edir. Çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu əməl sahibinin cəza gözlədiyini bəyan edir.
Bara ibn Azib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi:
“Dili ilə iman gətirib qəlblərinə iman daxil olmayan kimsələr! Müsəlmanların qeybətini etməyin, onların eyiblərini axtarmayın. Kim ki müsəlmanların eyiblərini axtararsa Allah onun eyiblərini evdə gizlətsə belə üzə çıxarar”. Bu hədisdən aydın olur ki, qeybət etmək münafiqliyin əlamətlərindəndir. Amr ibn As (Allah ondan razı olsun) öz yoldaşlarından bir dəstə ilə ölmüş və artıq şişmiş bir qatırın yanından keçərkən dedi: “Allaha and olsun ki, sizdən birinizin qarnını doldurana qədər bu qatırın ətindən yeməsi onun üçün müsəlmanın ətini yeməkdən daha xeyirlidir”.Abdullah ibn Abbas (Allah ondan razı olsun) demişdir: “Başqalarının xətalarından danışmaq istəyən kəs özünün qüsurlarını xatırlasın”. Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) buyurmuşdur: “Allahı çoxlu zikr edin, çünki zikr şəfadır. İnsanların qeybətlərini etməyin, çünki qeybət etmək xəstəlikdir”. Bir nəfər Həsən əl-Basrinin (Allah ona rəhmət eləsin) yanına gələrək dedi: “Eşitmişəm ki, mənim qeybətimi etmisən”. Həsən əl-Basri (Allah ona rəhmət eləsin) “Əgər sənin qeybətini etmiş olsaydım savabımdan sənə vermiş olardım” - deyərək cavab verir.

Qeybətin Hökmü
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.