"Qadının xasiyyəti pul yoxkən, kişinin xasiyyəti isə pul çoxkən aydınlaşır" - Aforizmlər Zamanı

"Qadının xasiyyəti pul yoxkən, kişinin xasiyyəti isə pul çoxkən aydınlaşır" - Aforizmlər Zamanı
Qadının xasiyyəti pul yoxkən, kişinin xasiyyəti isə pul çoxkən aydınlaşır.

(Corc Bernard Şou)

Paxıllıq edən insanlara nifrət etmək lazım deyil, çünki onlar boyunlarına alırlar ki, sən daha yaxşısan.

(Monica Belluci)

Bəzi insanlar söyləyəcəkləri çox şey olduğu halda, susarlar.Çünki anlayanları yoxdur.

(M.Longston)

Birinci dəfə bağışlamaq müdriklik ,ikinci dəfə bağışlamaq rəhmlilik, üçüncü dəfə bağışlamaq axmaqlıqdır.

(Al Pacino)

Bir insan bir yerə heç baxmırsa, orada mütləq diqqətini cəlb edən bir şey olduğu üçündür.

(Sigmund Freud)

Hər şeydən əvvəl yaxşı yaşa. Sırf təsadüfən bu dünyaya gəlmiş kimi, söz olsun deyə günlərini keçirmə. Əgər gerçək sevgini tanıyacaq qədər şanslısansa; bütün ürəyin, ruhun və bədəninlə sev. Həyatını elə yaşa ki; hər an öz əlini sıxa biləsən. Və hər gün heç olmazsa faydalı bir şey et ki; gecə yaxınlaşarkən örtüləri üzərinə çəkib öz özünə; "Mən əlimdən gələni etdim" deyə biləsən.

(William Shakespeare)

Ey könül, bir günah işləyərkən onun kiçikliyinə deyil, onu qadağan edənin böyüklüyünə bax ..

(Mövlanə Cəlaləddin Rumi)

Nə üçün insanlar çoxluğun ardınca gedərlər? Ona görə ki, çoxluq haqlıdır? Xeyr, ona görə ki, çoxluq güclüdür.

(Blez Paskal)

İnsanlarla işləmək cihazlarla işləməkdən daha çətindir.

(R.Riordan)

Gözəl,çirkin,kök,varlı,kasıb. Dunyadakı bütün qadınların ortaq dərdi var. Geyinəcək heç bir şeyimiz yoxdur.

(Paul Auster)

«Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq edirsiniz, əgər pislik etsəniz, özünüzə pislik edirsiniz.»

(İsra, ayə 7)

Allah-təala, bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər."

Hz. Məhəmməd (s.a.s)

Əgər biz tez-tez keçmişi düşünürüksə, deməli indiki zamanı doğru yaşamırıq.

(Natalya Aleksandrovna)

"Əgər bir kişi səndən övladı olsun istəyirsə, onun sevgisinə şübhə etmə!"

Anjelina Jolie

Əgər birinin səndən uzaq durmağını istəyirsənsə, ona borca pul ver.

(A Bronx Tale)

Birini özünə çox yaxın görürsənsə ona vaxt ver. Əslində sənə nə qədər uzaq olduğunu anlayacaqsan.

(Christophe)

Yaxınlaş güzgüyə, dostum. Görürsən? Sənin qarşında duran o insan bu dünyada etibar edəcəyin yeganə insandı.

(Joker)

P.S: Bir milyonçudan uğurun sirrini soruşmuşlar.
O , "səbr" deyərək cavab vermişdir.
- Axı bu həmişə mümkün olmur.
- Məsələn?
- Nə qədər səbr edirsənsə et, ələklə su daşımaq mümükün deyil.
- Sən yanılırsan. Sadəcə ələyi götürüb səbrlə qışı gözləmək lazımdır - deyə milyonçu cavab vermişdir...
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.