Bu vitaminin çatışmazlığı psixiki pozulmalara və qanazlığına səbəb olur

02 Şubat 2022
1 360
0
Bu vitaminin çatışmazlığı psixiki pozulmalara və qanazlığına səbəb olur
B12 vitamini insan sağlamlığı üçün ən vacib olan vitaminlərdən biridir.

B12 eritrositlərin (qan hüceyrələri) formalaşması, DNT-nin sintezi, sinir sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.

Feat.Az
saglamolun.az-a istinadən bildirir ki, B12 vitamininin çatışmazlığı geriyə dönməz sinir və psixiki pozulamaların inkişafına, ağır anemiyaya (qanazlığı) səbəb ola bilər.

B 12 vitamininin çatışmazlığının simptomları:

- yorğunluq

- zəiflik

- qəbizlik

- iştahanın azalması

- çəkinin azalması

- depressiya

- yaddaşın pozuması

- dezorientasiya (şüurun qarışması)

- ağız boşluğunda və dildə agılar.

Bu vitaminin çatışmazlığı kimdə inkişaf edə bilər? Risk qrupuna bu insanlar daxildir:

- veqanlar

- pis qidalanan insanlar

- yaşlı insanlar (həzm sistemində qidalı maddələrin mənimsəmə proseslərinin zəifləməsinə görə)

- mədə-bağırsaq sistemində pozulmaları olanlar

- kəskin arıqlayan və ya mədə-bağırsaq sistemində əməliyyat keçirmiş insanlar

- bəzi dərman preparatlarını (məsələn, qıcqırmaya qarşı, metformin və s.) qəbul edənlər.

B12 vitamininin əsas mənbələri: ət və qaraciyər, yumurta, süd məhsulları, tərkibində çörək mayası olan məhsullar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.