Vanna otağında yaşayan təhlükə

15 Aralık 2018
1 001
0
Vanna otağında yaşayan təhlükə
Vanna otağında kafellər arasında olan arakəsmələr evin ən çirkli yerlərindən biridir deyə bilərik. Bu hissədə həmişə bakteriya və kif olur. Burada daima nəmli olması da birhüceyrəli mikroorqanzimlərin çoxalması üçün əla şəraitdir. Üstəlik su ilə daima təmasda olmaq bu təhlükəli xəstəliktörədən bakteriyaların bütün evə və çimən insanlara yoluxmasını təmin edə bilər.

Kafel üzərində və onun arakəsmələrində inkişaf edən kif göbələyi və bakteriyalar insanda bir çox xəstəliklər əmələ gətirə bilər. Bu xəstəliklərə müxtəlif ağciyər, dəri infeksiyaları, həmçinin saç və dırnaqlarda meydana çıxan göbələk xəstəliklərini misal çəkə bilərik. Hamamın nəmində inkişaf edən mikroskopik göbələklər çoxalmaq məqsədilə əmələ gətirdikləri sporlarını havaya buraxaraq havanı zəhərləyirlər. Bu zaman vanna otağından bütün evə yayılan sporlar ev sakinlərində allergik reaksiyaların meydana çıxmasına səbəb ola bilər.

Kafellərin və metlaxların davamlı olaraq kimyəvi vasitələrlə yuyulması məsələnin həlli deyil. Çünki, kimyəvi işlənmə zamanı divarda olan bakteriya və kif təbəqəsi üzərində həmin maddələrə davamlı qat əmələ gəlir. Nəticədə də kafellər təmizlənsə də qısa müddətdə mutasiya uğramış daha davamlı mikroorqanizmlərlə örtülür. Bu isə gələcəkdə sağlamlıq üçün daha ciddi fəsadlara yol aça bilər.

Feat.Az medicina.az-a istinadən mikrobları daha effektiv şəkildə yox edən xalq təbabəti reseptlərini tədqim edir:

Çay sodası, təzə sıxılmış limon suyu və sirkə

• Yarım st çay sodası;

• 1 limonun şirəsinin 3/1 hissəsi;

• 4/1 stəkan 9%-li sirkə.

Bütün kompanentləri 1,5 litr qaynanmış və soyudulmuş suda həll edərək qarışdırın. Sirkənin və limon tərkibində olan turşu soda ilə kimyəvi reaksiyaya girərək köpüklü bir maddə əmələ gətirir.

Əlinizə əlcək geyinin və alınan vasitəni kafel aralıqlarına fırça ilə sürtün. 15-20 dəqiqədən sonra kafellərin yenidən ilk gündəki kimi parıldadığına şahid olacaqsız.

Naşatır spirti

Naşatır spirti yalnız kafelləri mikroblardan təmizləmir, həm də parıldadır.

• 2 litr suda 1 x/q naşatır spirtini həll edin

• Pulverizatorun köməyilə onu kafelə və arakəsmələrə püskürdün

• 15-20 dəqiqə saxlayın

• Sonra nəm parça ilə çirki və məhlulun artıq qalan hissəsini təmizləyin

Soda, limon, diş pastası, xardal tozu

• Yarım st soda;

• 1 limondan sıxılmış şirənin 3/1-i;

• 1 ç/q diş pastası;

• 1 x/q xardal tozu.

Bir qaba 1 litr su və yuxarıda qeyd edilən kimpanenetləri əlavə edərək yaxşıca qarışdırın. Alınan məhlulu süngərin köməyi ilə kafelin səthinə və ara hissələrinə çəkin. 30 dəqiqədən sonra isti su ilə yuyun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.