Bütün xəstəliklərin dərmanı olan FİRON ÇAYI - FOTO

18 Aralık 2018
1 165
0
Bütün xəstəliklərin dərmanı olan FİRON ÇAYI - FOTO
Hibiskusun faydalı xassələrini hələ Qədim Misirdə yüksək qiymətləndirirdilər, onun çiçəklərindən müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə edilib. Ancaq bu bitkinin əsl vətəni Şərqdir. Qədim Ərəb tədqiqatlarında çiçəyin şəfa gücündən bəhs edən maraqlı araşdırmalar tapılıb. Hibiskus ləçəkləri bir çox xəstəliklər üçün təbii dərman sayılırdı. Turş və ağızbüzücü dadı olan hibiskus həqiqətən möcüzəvi çiçəkdir. Qədim Misirdə onun "Fironların çiçəyi" deyə adlandırılması təəccüblü deyil. Bitki faydalı xüsusiyyətlərlə zəngindir.

Hibiskus latıncadan tərcümədə "orqanizmi rahatladan və şəfa verən" mənasını ifadə edir. Digər adları yapon gülü, nar çiçəyi, Məkkə gülü, çəhrayı bəlğəmotu, müşk ağacı olan hibiskus çöl iqlimində yetişir.

Hibiskus çiçəyi mavi, qırmızı və ya ağ rənglərdə ola bilər. Ən əhəmiyyətli xüsusiyyəti odur ki, torpaqdakı metalları yığa bilir. Xüsusilə dəmiri aşağı olan torpaqlarda yetişən hibiskusları istifadə etmək olmaz, çünki bu zaman onun yaxşılaşdırıcı xüsusiyyəti yox sayılır.

Feat.Az publika.az-a istinadənhibiskus çiçəyinin faydaları ilə tanış edir:

Müalicəvi xassələri yalnız hibiskus çiçəklərinə aid deyil, onun yarpaqları, toxumu və meyvələri də xeyirlidir. Bu gün hibiskus təkcə qeyri-ənənəvi təbabətdə deyil, həm də kosmetologiya və kulinariyada geniş istifadə olunur. Çiçəyin tərkibindəki mikroelementlər, vitaminlər və bioloji aktiv maddələr gərginliyi aradan götürür, həzm prosesini sürətləndirir, böyrəkləri və öd kisəsini təmizləyir, qaraciyərin işini yaxşılaşdırır, müqaviməti artırır, təzyiqi aşağı salır, orqanizmdən şlakları xaric edir və çəkini azaldır.

Bütün xəstəliklərin dərmanı olan FİRON ÇAYI - FOTO

Hibiskusun tərkibi unikaldır, onda çox sayda antosiyanin var, bunun sayəsində ləçəklərdən əldə edilən içki nəcib yaqut rəngi alır. Bu maddələr qan damarlarının divarlarını gücləndirir, xolesterini təmizləyir və beləliklə də orqanizmi artıq yağlanmadan xilas edir. Həmçinin, hibiskus çayı bağırsaq hərəkətlərini aktivləşdirərək qəbizliyi aradan qaldırır.

Hibiskus çayında olan flavonoidlər zərərli birləşmələri və ağır metalları, toksinləri və metabolik məhsulları bədəndən xaric edir. Bu, qaraciyər və öd kisəsinin funksiyasını çox yaxşılaşdırır.

Askorbin turşusu və polisaxaridlərin yüksək miqdarda olması immunitet sisteminin işinə müsbət təsir göstərir, bədənin qoruyucu funksiyalarını aktivləşdirir, viruslarla və infeksiyalara qarşı mübarizə aparır.

Təzə dərilmiş hibiskus ləçəkləri yaraların, qançırların və şişlərin aradan qaldırılmasında kompress kimi tətbiq olunur. Bitki antiinflamatuar, bakterisidal, antiinflamatuar və yeniləyici təsirlərə malikdir. Çiçəkləri müxtəlif dəri xəstəlikləri və iltihablarında losyonlar kimi istifadə olunur.

Şəfa xüsusiyyətləri ilə zəngin olan hibiskus yarpaqları zərərli toksik maddələrin, həmçinin qurd invaziyalarının bədəndən çıxarılmasını təmin edən flavonoidlər ehtiva edir.

Ləçəkləri və yarpaqlarından hazırlanan hibuskus çayı həzm pozğunluğunu aradan qaldırır, həzmi yaxşılaşdırır, mədə-bağırsaq traktının müxtəlif xəstəliklərini müalicə edir və tez-tez profilaktik maddə kimi istifadə olunur.

Artıq qeyd edildiyi kimi, hibiskus sənaye miqyasında geniş istifadə edilir. Bitkinin farmakologiya, kosmetologiya, yemək və ənənəvi istifadəsi tibdə geniş vüsət alıb. Onun farmakoloji ekstraktı müxtəlif dərmanlara daxil edilir.

Müasir kosmetologiyada şampun, krem, gel və digər kosmetikaların tərkibinə hibiskus daxildir. Hibiskus yağı unikal təbii tərkibə malikdir. Müxtəlif dəri və saç qulluq məhsulları üçün istifadə olunur.

Hibiskus eyni zamanda, müxtəlif salat, ət və qənnadı məhsullarına xüsusi dad verən ədviyyatdır. Bir çox ölkədə qəhvə içkilərinin, eləcə də müxtəlif şirniyyat və qənnadı məhsullarının hazırlanmasında qurudulmuş hibiskusdan təbii boyaq maddəsi kimi istifadə edilir. Yeməklərə, salatlara və tortlara qurudulmuş hibiskus ləçəkləri əlavə etmək olar. Ondan eyni zamanda mürəbbə, sirop və ya sos hazırlaya bilərsiniz.

Alternativ tibb müalicəvi məqsədlərlə bu bitkini çoxdan istifadə etməyə başlayıb. Aşağıda bir neçə resepti nəzərdən keçirək:

Onkoloji xəstəliklərə qarşı resept

50 q hibiskusun təzə yarpaqları və 30 q təzə ləçəklərini sıyıq halına gətirib alınan kütləni zədələnmiş yerlərə sürtüb 3 saat saxlayırıq. Proseduru gündə bir neçə dəfə təkrar etmək lazımdır. Bu vasitə şişi və iltihabı aradan qaldırır.



Bağırsaq qurdularına qarşı effektli vasitə

Bir xörək qaşığı hibiskus çiçəyini bir stəkan qaynar suya tökürük. Yeddi dəqiqə dəmlənməsini gözləyirik. Üç gün ərzində hər səhər acqarına işlədirik. Məhlulu gündə iki dəfə içmək lazımdır. Vasitə bağırsaq qurdları, müxtəlif mikrobları və parazitlərlə səmərəli şəkildə mübarizə aparır. Üç yaşına qədər uşaqlara məsləhət görülmür.

İşlətmə üçün həlim

Bitkinin yarpaq və ya çiçəklərini bir stəkan qaynanmış suya töküb 15-20 dəqiqə dəmləyirik. Bu içkini sutkada dörd dəfə qəbul etmək lazımdır.

Cövhər

Beş xörək qaşığı hibiskus ləçəyini şüşə qaba töküb üzərinə bir litr araq əlavə edirik. Cövhəri qaranlıq, sərin yerdə yeddi gün saxlayırıq, sonra süzürük və soyuducuya qoyuruq.

Yoluxucu xəstəliklər zamanı faydalı çay

2 çay qaşığı hibuskus ləçəyini fincana töküb 5-10 dəqiqə dəmlənməsini gözləyin. Üzərinə bir qaşıq bal əlavə edib gündə iki dəfə için. Müalicə kursunun müddəti bir aydır. Şirə müxtəlif mikroblar və bakteriyalarla mübarizə aparır, eyni zamanda göbələk və digər zərərverici bağırsaq çöplərinə qarşı təsirlidir.

Arterial təzyiqin normallaşması üçün çay

İsti hibuskus çayı arterial təzyiqi artırır, soyuq halda isə azalır. Bir stəkan qaynar suya hibiskus ləçəyi əlavə edib dəmləyin. Dəmləndikdən sonra soyuq və ya isti halda içmək olar.

Hibiskus çayı arıqladırmı?

Hibiskus çayı C vitamini sayəsində yağ yandırma prosesini sürətləndirir və immunitet sistemini gücləndirir. Beləliklə, bu çay qanda şəkərin miqdarını normaya salaraq şirniyyat istəyini azaldır, nəticə etibarilə arıqlamağa kömək edir.

Hibiskus çayı arıqlamaq üçün necə içilməli?

Dəmliyə 2,5 yemək qaşığı hibiskus çayı və darçın əlavə edin. İstəyə bağlı olaraq portağal və ya limon qabığı əlavə edə bilərsiniz. Üzərinə qaynar su əlavə edib 15 dəqiqə dəmlənməsini gözləyin. Gün ərzində 2 stəkan içmək kifayətdir.

Hibiskusun digər faydaları nələrdir?

Tərkibində olan yüksək miqdarda C vitamini, müxtəlif minerallar və üzvi turşular sayəsində immunitet sistemini gücləndirir.

Kofeinsizdir, odur ki, ürək xəstəliyindən əziyyət çəkənlər rahatlıqla içə bilər.

Şişkinlik və bağırsaqda əmələ gələn qazın alınmasında təsirli dərman bitkisidir.



Ürək və qara ciyər xəstələrinə şiddətlə tövsiyə edilir.

Yüksək qan təzyiqini aşağı salır və təzyiqi tarazlaşdırır.

Soyuqdəymə, öskürək və qızdırma kimi problemləri aradan qaldırılmasında effektlidir.

Kanserogen hüceyrələrin inkişafını qarşısını alır. ​

Ağ ciyəri təmizləyir.

Böyrək iltihabına yaxşı təsir edir və daş əmələ gəlməsinin qarşısını alır.

Depressiyanı aradan qaldırır və emosional vəziyyəti yaxşılaşdırır.

Sakitləşdirici təsirə malikdir.

Menstruasiya və əzələ ağrılarını azaldır.

Hormonal tarazlığın yaradılmasına yardım edir.

Sidikqovucudur.

Antioksidant xüsusiyyəti sayəsində bədənin xəstəliklərə qarşı müqavimətini gücləndirir.

Mədə pozğunluğunu aradan qaldırır.

Qəbizliyə qarşı müsbət təsir edir.

Kalorisi azdır.

Kimlər hibiskusdan istifadə edə bilməz?

Hamilə və süd verən qadınlara hibiskus çayı tövsiyə edilmir. Hibiskus çayının hamiləliyin pozulmasına səbəb ola biləcəyi güman edilir. Eyni zamanda, çox miqdarda içildiyi zaman zəhərləyici təsirləri ortaya çıxa bilər.

Dəmirin əmilməsinə mane olduğu üçün qan azlığı olan xəstələr hibiskus istifadə etməməlidir. Əks halda dərmanlarla qarşılıqlı təsirə girərək mənfi nəticələr doğura bilər.

Zob və qalxanabənzər vəzindən şikayəti olanlara məsləhət deyil.

Aşağı təzyiqi olan insanlara da tövsiyə edilmir.

Çayı içdikdən sonra allergik reaksiya yaranarsa, imtina etmək lazımdır.



Diabet və təzyiq xəstələri hibikusdan istifadə edərkən mütləqdir ki, müntəzəm olaraq şəkər səviyyələrini nəzarətdə saxlasın.

Estrogen səviyyəsini aşağı salır. Odur ki, hormon həbləri birlikdə istifadə edilməməlidir.

Çox miqdarda içildiyi təqdirdə baş dönməsi və hallusinasiyaya səbəb ola bilər. Bu səbəbdən də avtomobil istifadə etməzdən əvvəl hibiskus çayı içməyin.

Toplanması və tədarükü

Orqanizmin sağlamlığı və müalicəsi üçün adətən bitkilər, eləcə də altıgünlük hibiskusun kökü toplanır. Bu dövrdə bitkinin bu hissələri çox qiymətlidir, çünki onlar maksimum qida ehtiva edirlər. Toplanmış hibiskus budaqları rütubətsiz yerdə qurudulur. Əgər bu amilə diqqət göstərməsəniz, bitkinin çürümə prosesi başlaya bilər. Ləçəyin yığımı zamanı onları korlamamaq vacibdir. Bitki təbii yolla, vaxtaşırı çevirərək qurudulur. Ləçəkləri çox zərif və asanlıqla qırılanda qurutma prosesi başa çatacaq. Bundan sonra hibiskus çiçəkləri quru yerdə (şüşə qablar, karton qutuları və kətan torbalar) saxlanılır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.