31 dekabrda bunu edənlər 2019-da BÖYÜK UĞUR QAZANACAQ - Yeni il gecəsinin AYİNLƏRİ

27 Aralık 2018
2 568
0
31 dekabrda bunu edənlər 2019-da BÖYÜK UĞUR QAZANACAQ - Yeni il gecəsinin AYİNLƏRİ
Yeni il artıq qapının astanasındadır. Onu çoxları sehirli bayram kimi qəbul edir və Yeni ilin gəlişi ilə möcüzə baş verdiyinə inanır. İnanclara görə, Yeni il gecəsində tutulan arzular mütləq yerinə yetir.

Feat.Az
publika.az-a istinadən bu yazıda oxucuları bayramın faydalı əlamətləri ilə tanış edib. Məsələn, yaponlar Yeni İldə var-dövlət qazanmaq üçün evin ən görünən yerinə dırmıq qoyur, ispanlar isə Milad ərəfəsində 12 ayın hər biri üçün şirin üzüm yeyirlər.

Gələcək ilin simvolu - Sarı Donuz ənənəvi ailə dəyərlərinə böyük önəm verir: Uşaqları və yaxınları həyati prioritetləridir. Odur ki, bu il hər kəs şəxsi həyatda yeni münasibətlər qurmaq və ya mövcud əlaqələri möhkəmləndirmək şansı qazanacaq. Astroloqlar bildirir ki, bu il qurulan nikahlar uğurlu olacaq.

Evin bəzədilməsi

Evin bəzədilməsi zamanı donuzun zəhmətkeşliyini, təbiət sevgisi və şəfqətini nəzərə almaq vacibdir. Küknar çələngi, təzə çiçəklərdən və ya yarpaqlardan hazırlanmış sənətkarlıq nümunələri, öz əlinizlə hazırlanmış kağız çıraqlar və s. bu kimi bəzək elementləri sadəcə qonaqlar tərəfindən deyil, həm də zəhmətkeş Donuz tərəfindən təqdir ediləcək.

İlin əsas rəng palitrası sarı-qəhvəyidir, lakin zəngin yaşıl və qırmızı da alqışlanır. Müvəffəqiyyət və zənginlik simvolu sayılan qırmızı toplar və sarı-qızılı bir ulduzla bəzədilmiş yeni il ağacı evinizin ən gözəl aksessuarı olacaq. Yataq otağında yerləşdirilən Milad şamları rahatlıq gətirəcək və sizi pis ruhlardan qoruyacaq. Donuzun şən təbiətini unutmayın, təxəyyülünüzə açıq yer verin!

Meyvə dilimləri və darçın çubuqları evi sirli aroma ilə doldurulacaq, mətbəxdə isə yeməli bəzək funksiyasını yerinə yetirəcək. Darçın qoxusu evə uğur cəlb edir, yaradıcılığa meyli oyandırır, zehni qabiliyyəti inkişaf etdirir.

Bayram menyusu

Donuz əla iştahası olan heyvandır, odur ki, Yeni il masası hazırlayarkən səxavətli olun, süfrəni ləziz yeməklərlə bəzəyin. Üstünlüyü tərəvəz yeməklərinə, göyərtilərə, eləcə də qoz-fındıq və taxıllara verin. Yeri gəlmişkən, taxıllar salatlara əlavə edilə və ya masada ayrıca bir boşqabda qoyula bilər. Ev çörəyi, xəmir xörəkləri və ya piroq həm ilin simvolunun ürəyincə olacaq, həm ev sakinlərini, həm də qonaqları sevindirəcək. Bu il donuz əti haqqında unudun! Ət yeməkləri üçün mal əti, dovşan və quş əti seçin.

Sarı Donuz ilinin əlamətləri



Dekabrın 31-də zibil atmaq pis əlamətdir, inanclara görə xoşbəxtlik zibillə birlikdə itə bilər. Odur ki, ev təmizliyi ilə əvvəlcədən məşğul olun.

Növbəti ildə sevgini tapmaq üçün Milad ağacına qızıl (sarı) bir ürək asın, amma onu növbəti gün çıxartmaq və gizli bir yerdə saxlamaq lazımdır.

Evə uğur cəlb etmək üçün Yeni il ərəfəsində dabanın altına at nalları qoyun. Dəmir nallar yoxdursa, özünüz kağızdan kəsib düzəldə bilərsiniz. Yatmazdan əvvəl gizləyin və bütün ili saxlanın. Bu ayin hər il həyata keçirilir.

Varlanmaq üçün yeni ili mütləq cibi dolu qarşılamaq lazımdır. Dekabrın 31-dən yanvarın 1-ə keçən gecə cibinizdə mütləq pul olmadır. Belə olduqda bütün iliniz maddi baxımdan uğurlu keçəcək.

Çalışın ki, yeni ilə kimi bütün borcları geri qaytarasınız və bu ərəfədə heç kimə borc verməyəsiniz.

Küknar ağacının üzərinə arzularınızın simvolunu asın. Məsələn, yeni mənzil arzulayırsınızsa, oyuncaq ev və ya açar asmaq, avtomobil arzulayırsınızsa, oyuncaq avto asmaq olar. İnanın bu ayin həqiqətən də uğurludur.

Sərvət cəlb olunması üçün isə dekabrın 31-də saatın əqrəbləri 12-ni göstərəndə şampan qədəhinə qəpik atıb için. Sonra qəpiyi bütün ili xeyir-bərəkət rəmzi kimi pul kisəsində saxlayın və xərcləməyin.

Karyerada uğur qazanmaq üçün Donuza diqqət yetirin: Yeni il ağacının altında palıd ağacının kökü onun zövqünə uyğun olacaq və 2019-da sizə uğur qazandıracaq. Evin müxtəlif yerlərini, o cümlədən süfrəni bəzəyən Sarı Donuzlar - ilin rəmzinin heykəlcikləri bütün il boyu məmnunluq və uğur gətirəcəkdir.

Ailə münasibətlərini yaxşılaşdırmaq üçün bayramı ailənizlə qeyd edin, bu, sizi daha da yaxınlaşdırıb daha doğma edəcək, çünki Donuzun şən təbiətinə baxmayaraq, yadları sevmir.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.