Gülüş ən yaxşı dərmandır

08 Kasım 2014
1 269
0
Gülüş ən yaxşı dərmandır
Gülüş ən yaxşı dərmandır


Ən yaxşı dərman.

İnsan 70 il ərzində orta hesabla 623 gün gülür, 50 gün ağlayır. Yəgin təbiət əzəldən özü qeydimizə qalıb ki, insanların həyatında mənfi emosiyalar az olsun.






Biz güləndə orqanizmimizdə bu kimi dəyişikliklər baş verir:

1. Nəfəsimiz daha ritmik və dərin olur.

Alimlərin fikirinə görə, gülüşü xüsusi nəfəs üsulu kimi qeyd etmək olar. Gülüş zamanı nəfəs almaq daha uzun və dərin, nəfəs vermək isə qısa və o qədər intensiv olur ki, qaraciyər orqanizmdə zərərli maddələrin yığılmasının qarşısını alaraq havadan tamamilə azad olur.

2."Stress hormonlarının” atılması xeyli azalır.

Nəticəyə əsaslanaraq pis əhval-ruhiyyə və yorğunluq aradan qaldırılır.

3. Ürək döyüntüsü və arterial təzyiq normallaşır.

Dərin və intensiv nəfəsalmada qan dövranı yaxşılaşır, damarların spazması aradan qaldırılır.

4. Beyinin qan dövranı güclənir.

İnsan gülümsəyəndə və ya güləndə, üz əzələlərinin mimikası beyinin qan dövranını aktivləşdirir, bu da emosional vəziyyətə, fikirlərin cəmləşməsinə müsbət təsir göstərir.

5. Daxili sereksiya vəzilərinin fəaliyyəti aktivləşir.

Bir neçə dəqiqə davam edən gülüş – maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmi cavanlaşdırır.

6. İmmun sistemi güclənir.

Çox gülən insanlarda orqanizmi xəstəliklərdən müdafiə edən aktiv sürətdə anticisimlər yaranmağa başlayır.

7. Orqanizmdə özünə məxsus fəallıq yaranır.

Xüsusilə diafraqma, döş hüceyrələrinin və qarın pressinin əzələləri aktiv
işləməyə başlayır.

Alimlərin müşahidəsinə görə, 27 saniyə ərzində davam edən gülüş ürək-damar sisteminə müsbət təsir göstərir, 3 saniyəlik gülüş isə relaksasiya treninqini əvəz edə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.