Damarlarda trombların qarşısını alan ən yaxşı 7 MƏHSUL

24 Şubat 2019
975
0
Damarlarda trombların qarşısını alan ən yaxşı 7 MƏHSUL
Müxtəlif patoloji proseslər nəticəsində damarlarda tromblar əmələ gələ bilər.

Getdikcə tromblar böyüyür və damarın mənfəzini tam bağlaya bilər. Bu hal çox təhlükəlidir və infarkt, insult, böyrək problemlərinə, ətraflarda qanqrenaya səbəb ola bilər.

Digər tərəfdən tromb damarın divarından qopub qan axını ilə daha nazik damara düşə və onu bağlaya bilər ki, bu da yuxarıda sadaladığımız fəsadlara yol açır.

Qidalanma mütəxəssisləri damarlarda trombların əmələ gəlməsinin qarşısını alan məhsulları araşdırıb.

Bu məhsullar arasında:

1. Zeytun

Feat.Az saglamolun.az-a istinadən bildirir ki, zeytun trombların əmələ gəlməsinin qarşısını alan ən yaxşı məhsullardan biri sayılır. Zeytunun tərkibində olan fenol birləşmələri qanda trombların əmələ gəlməsinə səbəb olan maddələrin miqdarını azaldır.

2. Nar

Antioksidant və polifenol maddələri ilə zəngin olan nar təzyiqi tənzimləməyə yardım edir. Yüksək təzyiq damarlarda trombların əmələ gəlməsinin ilk səbəblərindən biridir.

3. Kivi

Oslo Universiteti mütəxəssisləri araşdırma zamanı sübut ediblər ki, kivi tromblara qarşı ən yaxşı məhsuldur. Hər gün 2-3 kivi yeyən insanlarda trombositlərin aktivliyi azalır və bu da trombların əmələ gəlməsinin qarşısını alır.

4. Pomidor

Pomidor kversetin maddəsi ilə zəngindir. Kversetin qan elementlərin bir biri ilə yapışmasına mane olur.

5. Gavalı və albalı. Onlar da kversetinlə zəngindir.

6. Çay

Çayın istehlakı ürək-damar sistemini möhkəmləndirir və trombositlərin aktivliyini artırır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.