Bu bilgi sizi ölümdən xilas edə bilər

07 Mart 2021
1 207
0
Bu bilgi sizi ölümdən xilas edə bilər
İnfarkt bütün dünyada ölümün ilk səbəbidir.

İnfarktın ilk simptomlarında (döş sümüyünün arxasında ağrı və ağırlıq, taxikardiya, çənədə, sol qolda ağrılar, nəfəsalmanın çətinləşməsi, güclü zəiflik) nitroqliserin həbini qəbul etmək və buna əks-göstərişlər yoxdursa 1 həb aspirin çeynəmək lazımdır. Dərhal "təcili yardım" çağırın. 5 dəqiqədən sonra ağrı keçmirsə növbəti həb nitroqliserin qəbul edin.

Lakin ürək tutması "qəfil qonaq"dır və bizi istənilən yerdə yaxalaya bilər. Məsələn, ürək tutması zamanı insan çöldə ola bilər ki, bu zaman onun yanında lazım olan dərmanlar olmaya bilər.

Feat.Az saglamolun.az-a istinadən bildirir ki, bu halda kardioloqlar vaxt qazanmaq üçün belə üsuldan istifadə etməyi tövsiyə edirlər: bacardığınız qədər bərk öskürün, sonra dərindən nəfəs alın və yenə öskürün. Dərin nəfəsalma və öskürək ürəyin fəaliyyətini bir qədər yaxşılaşdırır və ürək ritmini tənzimləməyə yardım edir. Bunları kömək gələnə qədər etməyə çalışın.

Kardioloqlar sübut edir ki, bu sadə bilgi infarktan olən hər 10 nəfər insandan ən azından birini xilas edə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.