Evdəki nəm qoxusuna biganə qalmayın! Xəstəlik yaradır - QURTULMAQ ÜÇÜN ƏN ASAN ÜSULLAR

15 Şubat 2019
912
0
Evdəki nəm qoxusuna biganə qalmayın! Xəstəlik yaradır - QURTULMAQ ÜÇÜN ƏN ASAN ÜSULLAR
Evdəki kif və toz səbəbindən yaranan nəm qoxusu ev sakinlərinin sağlamlığına ciddi ziyan vura bilər. Bu, əsasən allergiya, nəfəs darlığı, qıcıqlanma kimi problemlər yaradır və xəstəliktörədən miroorqanzimlərin çoxalması üçün münbit şərait yaradır.

Bəs evdəki nəm qoxusunu necə aradan qaldırmaq olar?

Feat.Az
medicina.az-a istinadən bunun yollarını açıqlayır:

1) Qəhvə dənələri

Qovrulmuş və ya üyüdülmüş qəhvə dənələrinin nəm qoxusunu yox edə biləcək qədər güclü bir iyi var. Hətta, zibil qoxusunu, geyim şkafındakı qoxunu və az havalandırılan yerlərdə olan pis iyləri aradan qaldırmaq üçün də istifadə etmək mümkündür.

İstifadəsi

-Qəhvə çəyirdəklərini kiçik bir qaba qoyun və pis qoxu yayılan yerdə yerləşdirin.
-Üyüdülmüş qəhvəni isə parça kisəyə tökərək bir yerdən asa bilərsiniz.

Limon şirəsi

Limon şirəsi olduqca faydalı bir təmizləmə vasitəsidir. Bu şirə vasitəsilə mətbəx və hamamda olan pis qoxulardan qurtula bilərsiniz.

İstifadəsi

-Limonun şirəsini sıxın və eyni miqdarda isti su ilə qarışdırın.
-Hazırlanan məhlulu sprey şüşəsinə tökün və lazım olan yerlərə püskürdün.
-Əgər ehtiyac olarsa, üstündən əski ilə silin.

Darçın

Bu ətirli ədviyyat bir çox mikroorqanizmləri məhv edən efir yağlarına malikdir. Onun ətri tez yayılır və otağın havasının təravətlənməsini təmin edir.

İstifadəsi

-Bir miqdar üyüdülmüş darçını parça kisəyə tökün və lazımi yerdən asın. Bunun üçün darçın çubuqlarından da istifadə etmək olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.