Sizdə insult ola bilər? - Sadə TESTlə yoxlayın
Bu testi keçmək üçün 1 ayağı üstündə mümkün qədər çox dayanmaq lazımdır.
Alimlərin fikrinə görə, nevroloji problemləri olmayan insan bir ayağı üstündə dayanaraq orta hesabla 30-40 saniyə ərzində tarazlığını saxlamağa bacarmalıdır. İnsan yaşlaşdıqca bu göstərici azalır. Lakin mütəxəssislər qeyd edir ki, 1 ayağı üstündə 20 saniyədən çox dayana bilməyən insanlarda koqnitiv pozulmalar, beyin qan dövranı pozulması, beyin infarktı və insultun riski bu testi keçə bilən insanlarla müqayisədə daha çoxdur.
Feat.Az saglamolun.az-a istinadən bildirir ki, araşdırmada müxtəlif yaşlarda olan 1,4 min insan iştirak edib. Testin nəticələri MRT və digər müayinələrin nəticələri üst üstə düşüb.
Alimlər 1 ayağı üstündə 20 saniyədən az dayana bilən insanlara həkimə müraciət etməyi və beyin damarlarını yoxlamağı tövsiyə edirlər.