Şpaqat açmağın orqanizmə faydaları

06 Mart 2019
941
0
Şpaqat açmağın orqanizmə faydaları
Şpaqat açmaq bir çoxlarına mənasız, boş bir hərəkət kimi gəlsə də, əslində, bu hərəkət orqanizm üçün çox faydalıdır.

Feat.Az
medicina.az-a istinadən şpaqat açmağı faydalarından bəhs edir:

İlk əvvəl onu bildirək ki, şpaqat əzələlərin elastikliyini artıraraq zədələnmənin qarşısını alır.

Yaş keçdikcə əzələ lifləri daha az elastik olur. Əzələlərdə çəp bağlar yaranır ki, bu da paralel liflərin hərəkət etməsinə mane olur.

Bundan əlavə, əzələ lifləri bir müddətdən sonra birləşdirici toxuma ilə örtülür ki, nəticədə də hərəkət diapazonu azalır və zədə alma riski artır.

Şpaqat açan zaman əzələlər dartılmaqla onun çərinə yerləşən lifləri normallaşır və zədə almaq ehtimalı azalır.

Şpaqat qan dövranın yaxşılaşdırır.

İdman hərəkətindən sonra ayaqların qan dövranı yaxşılaşır, toxumaların qidalanması normaya düşür. Bundan əlavə şpaqat açan zaman bud-çanaq əzələləri dartılır və nəticədə onurğa diskləri yerinə oturur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.