Pəncələrdə bu dəyişikliklər ciddi xəstəliklərə işarə edir - Qaçırmayın!

20 Mart 2019
845
0
Pəncələrdə bu dəyişikliklər ciddi xəstəliklərə işarə edir - Qaçırmayın!
Pəncələrin vəziyyətində dəyişikliklər bəzən çox ciddi pozulmalara işarə edə bilər.

- Pəncələrin dərisinin quru olması

Bu yerlərin dərisi çox qurudursa və bu problemi heç bir krem ya yağ həll etmirsə, qalxanvari vəzinizi yoxlayın. Feat.Az saglamolun.az-a istinadən bildirir ki, qalxanvari vəzinin fəaliyyətində pozulmalar nəticəsində dəri çox quru olur.

- Dabanlarda çatlar

Əgər belə çatlar tez-tez əmələ gəlir və çətinliklə müalicə olunursa, qanda şəkərin səviyyəsini yoxlayın. Bu əlamət şəkərli diabetin inkişafına işarə edə bilər.

- Ayaq barmaqlarında tüklər yox olub



Bu qan damarlarının sağlamlığında olan pozulmalara işarə edə bilər. Qan damarlarının keçiriciliyinin pozulmasının nəticəsində ayaqların qanla təmin edilməsində problemlər yaranır ki, tük follikullarına lazım olan qidalı maddələr çatmır və tüklə zəifləyir, tökülür.

- Ayaq barmaqların şişməsi

Bu simptom ürək və ağciyər xəstəliklərinə işarə edə bilər.

- Barmaqların altında qırmızı zolaqlar

Bu əlamət ürəyin daxili qişasının iltihabına (endokardit) işarə edə bilər.

- Ayaq dırnaqlarının qalınlaşması, rənginin dəyişməsi

Bu göbələk infeksiyasının əlamətidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.