Bu şəxslərə siqaret çəkmək qəti qadağandır

26 Şubat 2019
1 570
0
Bu şəxslərə siqaret çəkmək qəti qadağandır
Bir çox xərçəng xəstələri diaqnoz qoyulduqdan sonra da siqaret çəkməkdə davam edirlər. Lakin məlum olub ki, siqaret bədənin müqavimət gücünü parçalayır.

Feat.Az
AZƏRTAC-a istinadən bildirir ki, hazırda və əvvəllər siqaret çəkmiş insanların heç vaxt siqaret çəkməyənlərlə müqayisədə xərçəng diaqnozu müəyyən edildikdən 10 il sonra 40 faizi sağ qalır.

Siqaret çəkənlərin immun sisteminin reaksiyası, xüsusən də söhbət dəri xərçənginə qarşı mübarizədən gedirsə, daha az təsirli fəaliyyət göstərir. Bunu Lids Universiteti müəyyən edib. Alimlərin sözlərinə görə, siqaretçəkmə "immun orkestri"ndə disbalans əmələ gətirir. Melanoma diaqnozu olan 700-dən çox pasiyentin məlumatları üzərində aparılan tədqiqatlar göstərib ki, siqaretçəkənlər 40 faiz az sağalma əmsalına malik olublar.

Melanomadan ölənlərin çoxu hazırda və keçmişdə siqaret çəkənlər olub. Düzdür, alimlər xərçəng xəstələrinə hansı miqdarda çəkilən siqaretin təsir edə biləcəyini dəqiqləşdirməyiblər. Lakin bir şey dəqiq məlumdur: siqaret əvvəldən daha güclü immun sistemi olan insanlarda sağalma əmsallarını azaldıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.