Sürətlə arıqladan YENİ ÜSUL - həkimlərdən mükəmməl PƏHRİZ
Feat.Az xəbər verir ki, Demolya ən təhlükəsiz pəhrizlərdən biridir. Bu, xüsusilə aktiv həyat tərzi yaşayan və ciddi pəhrizlər saxlaya bilməyən insanlar üçün faydalıdır. Demolya pəhrizi isveçrəli həkim tərəfindən hazırlanıb, bu səbəbdən də onda orqanizmin fəaliyyətinin bütün cəhətləri nəzərə alınıb və digərləri kimi sərt qaydalardan ibarət deyil.
Bu pəhriz mövsüm keçidlərində daha effektlidir. Mütəxəssislər onu ildə 4 dəfə onu tətbiq etməyi tövsiyə edir: Dekabrın əvvəlində, mart, iyun və sentyabrda. Əgər bu pəhrizə 4 gün ardıcıl şəkildə əməl edilsə, iki, bəlkə də üç kq-dan arıqlamaq olar.
İsveçrəli həkimin bu pəhrizinin başqalarından prinsipial fərqi ondadır ki, o, orqanizmə heç bir zərər vermədən sürıtlə arıqlamağı vəd edir və heç bir əks göstəriş yoxdur. Demolya pəhrizinə başlamazdan əvvəl müəyyən qaydaları var ki, bunları bilmək vacibdir.
Pəhrizə riayət qaydaları
1. Hər gün ən azı 1,5 litr təmiz su içməlisiniz.
2. Yeməyi gündə dörd dəfə və az miqdarda qida qəbul etmək lazımdır.
3. Spirtli içkilər və kvas rasiondan xaric olunmalıdır.
4. Gün ərzində tərkibinə şəkər və nişasta daxil olmayan meyvə və tərəvəzsiz meyvə yeyə bilərsiniz (kələm, xiyar, kahı, soğan, şirin bibər, lobya, bütün növ göyərti).
Həmçinin həkim Demolya pəhrizində istifadə edilən məhsulların siyahısını müəyyənləşdirib, onun sayəsində pəhriz maksimal dərəcədə balanslaşdırılmış və müxtəlif olacaq.
Gündəlik pəhrizə daxil olan ərzaqlar
300 q qaynadılmış və ya pörtlədilmiş ət/balıq və ya bir neçə yumurta
0,5 litr süd və digər süd məhsulları
7 çay qaşığı şəkər şəkər
50 q kəsmik
4 dilim qara çörək
100 qram yüksək keyfiyyətli makaron və ya iki iri kartof
50 ml bitki yağı
Meyvə və tərəvəzlər qeyri-məhdud sayda
İstədiyimiz nəticəni qazanmaq üçün bu siyahıya heç bir halda heç bir məhsul əlavə etmək olmaz, əgər hansısa məhsulları sevmirsinizsə, onda sadəcə siyahıdan çıxara bilərsiniz.
publika.az