Qadınların BÖYÜK DƏRDİ: uşaqlığın sallanmasının qarşısını necə almalı?

25 Nisan 2019
1 281
0
Qadınların BÖYÜK DƏRDİ: uşaqlığın sallanmasının qarşısını necə almalı?
Uşaqlığın sallanması bir çox qadınlarda rast gəlinən narahatlıqlardandır.

Feat.Az
medicina.az-a istinadən bildirir ki, bir sıra gimnastika hərəkətləri bunu aradan qaldırmaq və inkişafının qarşısını almaq mümkündür. Uşaqlığın ən ağır formada sallanması zamanı bəzi hallarda cərrahi müdaxilə vacib sayılır.

Buna görə də qadınlar bu cür problemlə üzləşməmək üçün mütləq idman etməli və vəziyyəti həkim nəzarəti altında saxlamalıdırlar.
Uşaqlığın sallanması halı əsasən normal yolla uşaq dünyaya gətirən, iri döl doğan, çətin doğuş keçirən qadınlarda daha çox rast gəlinir. Həmçinin bu siyahıya artıq çəkili qadınları da daxil etmək olar.

Artıq çəki ən başda sidik qaçırma olmaqla bir sıra problemlərə yol açır. Bunun səbəbi isə artıq piyin qarında təzyiqi artırmasıdır. Nəticədə pelvic əzələlər zəifləyir, bu isə uşaqlığın və sidik kisəsinin salanması ilə nəticələnir.

Artıq çəkidən əlavə, yaşlanma, genetik amillər, çox saylı təbii doğum, uşağın çəkisinin çox olması, xroniki qəbizlik, uzun müddətli öskürmə uşaqlığın sallanmasına səbəb ola bilər.

Qəbzlik uşaqlıq sallanmasına səbəb olması ilə yanaşı, həm də bu narahatlığın əsas əlamətlərindən hesab olunur.

Vaginadan ət parçasının çıxması uşaqlı sallanmasının ən son mərhələsi hesab edilir. Bundan əlavə, sidik qaçırma, nəcis qaçırma, cinsi əlaqə zamanı ağrı və buna bağlı olaraq cinsi istəksizlik, qaz qaçırma kimi əlamətlər də uşaqlıq sallanmasından xəbər verir.

Uşaqlı sallanmasının ilkin mərhələlərində qasıq nahiyəsinə basqı hissinin artması müşahidə edilir. Xəstəliyin daha da irəliləməməsi üçün qısa bir vaxtda həkimə müraciət etmək lazımdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.