Daha Pozitiv Olmağın Yolları

17 Ağustos 2022
1 896
0
Daha Pozitiv Olmağın Yolları
Beynimizi negativ düşüncələrə kodlaşdırmağımız yaradıcılıq və qərar vermə bacarığımıza təsir edir.
Feat.Az
xəbər verir ki, ortalama olaraq insanlar gün ərzində 12.000 ilə 60.000 arası fikirlərə sahib ola bilir. Lakin bəzi insanlarda 80.000 negativ düşüncəyə də sahib ola bilir.
Araşdırmalara görə Beynimiz istədiyi qədər xoşbəxtlik yarada bilər. Beynimiz həyatda qalmaq üçün təşviq edilmişdir. Həyatda qalmaq üçün xoşbəxtlik hormonları (dopamin, serotonin və oksitosin) lazımi zamanlarda qısa müddətlik işə düşər. Bu qısa zaman ərzində işə düşən xoşbəxtlik hormonları insanları məqsədyönlü addımlar atmağa motive edər.
Əgər qarşımıza bir məqsəd qoyuruqsa o zaman beynimiz həmin məqsədin önünə negativ maneələr yaradır. İnsanın əsas məqsədi həyatda qalmaqdır. Bu ilkin məqsəd olduğu üçün digər məqsədlər kölgədə qalır və negativ fikirlərə yüklənir.

Daha pozitiv olmağın yollarını sizə təqdim edirik.

Düşüncələrinizə diqqət edin

İlk olaraq beyninizdə başlayan düşüncələri nəzarət altına alın. Sadecə 10 dəqiqə olsa belə bu sizə bəs edər. Vərdiş etdiyimiz düşüncə tərzi olduğundan görəcəyik ki, yeni fikirlərə negativ düşüncələr axın edir. Məsələn evdə həyat yoldaşınızla yaşanan problem, işdə müdirinizlə ya iş yoldaşlarınızla münaqişələr, səyahətə çıxarkən hiss etdiyiniz narahatçılıq hissi.
Hansı narahatçılığın sizi daha çox stressə saldığını bildikdən sonra o hadisənin həlli üzərində çalışmalısız.
Məsəslən iş yoldaşınızla hər hansı bir probleminiz varsa bunu müdriyətə deyə bilər və yerləşdiyiniz otağı dəyişə bilərsiz.

Gün ərzində 3 pozitiv an düşünün

Yatmazdan öncə pozitiv anlara köklənin. Gün ərzində yaşadığınız 3 pozitiv anı xatırlayın. Məsələn dostunuzun sizə kofe gətirməsi günəşin doğuşu və ya batımı həmin gün müştəri ilə bağladığınız müqavilənin xeyirli tərəflərinin düşünün. Sizi xoşbəxt edən hadisələri yaşadığınızı təsəvür edin.

Hadisələrə optimist yanaşın

İş yoldaşlarınla ailənizlə gün sonunda hadisələri dəyərləndirin. Çalışın baş verənlərə xeyirli tərəfindən baxasız. Şükr etməyi bacarın. Negativ hadisələrdə belə hər şərdə bir xeyr var deyə düşünün. İlk zamanlar bu yanaşma tərzi sizə qəribə gəlsə də sonralar yaşayacağınız problemlərin sizə nələrisə öyrətdiyini görəcəksiz.

Başqalarına köməklik edin

Bir layihədə iş yoldaşına kömək etmək, birinə jest olsun deyə qapı açmaq, kiməsə kofe almaq, ehtiyacı olan birinə maddi yardım etmək xoşbəxtliyi artıran amillərdir.

Pozitiv insanların əhatəsində olun

Xoşbəxtlik keçicidir. Çalışın xoşbəxt insanlarla əhatələnin. Onların düşüncə tərzi yaşadığı tempo və xoşbəxtliyə gedən vərdişləri sizi özlərinə bənzədəcək.

Bədəninizə yaxşı baxın

Bədənlə beyin arasında olan bağlantı hər birimizə məlumdur. Bədəninizi sağlam saxlayın ki, beyniniz sağlam işləsin. Qidalanmanızda faydalı olan məhsullardan istifadə etməyiniz sağlamlığınız üçün məsləhətdir.

Gün ərzində 20 dəqiqə idmanla məşqul olmaqbeyninizdə endorfinləri sərbəst buraxmanıza səbəb olacaq. Bura yoga və meditasiya da daxildir. Bu yolla siz mindfulness tətbiqini edə bilərsiz. Mindfulness dərindən, şüurlu şəkildə fərqinə varma, mövcud olduğun anı dərk edərək yaşama mənasına gəlir. Mindfulness insanlar daha pozitiv fokusa, yenilənmiş baxış bucağına, özünü daha dərindən hiss edə bilməyə, daha çox özünə inama və tənzimlənə bilən daha aşağı stress səviyyəsinə sahib olacaqlar.

Əgər iş çoxluğundan özünüzə vaxt ayırmaqda çətinlik çəkirsinizsə, o zaman telefonuzda alarm qoşun və gün ərzində bir neçə dəqiqəlik də olsa sağlamlığınızı düşünün.

Şüuraltınızı təmizləyin və ya öyrədin

Əgər keçmişdə çox xoşagəlməz hadisələr yaşamısınızsa onlarla üzləşməkdən qorxmayın. O hadisələri yaşadığınız anda olduğunuz psixoloji vəziyyətinizi düşünün və xoşagəlməz hadisənin səbəbkarını bağışlayın. Keçmişdə günahlandırdığınız insanları və özünüzü bağışlayın. Bu bağışlama sizin yaxşılığınız üçündür. İrəli getmək üçün keçmiş hadisələri geridə qoymağı bacarmalısınız.

Sevdiyiniz bir məşğuliyyətiniz olsun

Sevdiyiniz işlə məşqul olmağa zaman ayırın. Fərq etməz günün hansısa 1 saatını özünüzə sərf edin. Məsələn idman edin şəkil çəkin, film seyr edin, musiqi dinləyin vəya dostlarınızla söhbətləşin.
saglamxeber.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.