Gəncliyin sirri bu bitkidədir, botoks təsiri göstərir

21 Mayıs 2019
1 171
0
Gəncliyin sirri bu bitkidədir, botoks təsiri göstərir
Adi xanımotu mərkəzi sinir sisteminə oyandırıcı təsir edir, zehni və fiziki iş qabiliyyətini artırır, tənəffüsü tənzimləyir, bronxları genişləndirir, tənəffüs yollarında sekresiyanı azaldır. Bu bitki əsrlərlə revmatizm xəstəliklərindən, soyuqdəyməyə bir çox xəstəliyin müalicəsində xalq tərəfindən geniş istifadə edilir.

Feat.Az
adi xanımotunun dəriyə faydaları ilə tanış edir.

Sədəf xəstəliyi və sızanaq müalicəsinə yaxşı təsir edir

Adi xanımotunda estrogen hormonu olan lignanlar, hidrogen-sulfid tərkibli birləşmələr və polifenollər var. Ondan hazırlanan məhləm sədəf, sızanaq və digər dəri xəstəliklərinə də böyük təsir göstərir.

Əsrlər əvvəl çinlilər bu bitkinin kökünü başqa bitkilərlə qarışdıraraq qızılca, badamcıq vəzisi iltihabı və qrip kimi xəstəliklərin müalicəsində istifadə ediblər.

Qanı təmizləyir

Meksika hinduları bu bitkini doğuş əsnasında qadına verilən toniklərlə qarışdırıb. Avropalı bitki mütəxəssisləri isə qanın təmizlənməsində təsirli olan adi xanımotunu zöhrəvi xəstəliklərin müalicəsində istifadə edib.

Mutasiya təsiri var

Adi xanımotunun faydaları ilə bağlı aparılan araşdırmalar göstərir ki, bu bitki xərçəng şişlərinin böyüməsinin qarşısını ala bilir. Bundan başqa, bu faydalı bitkinin kökünün iltihab önləyici və sərbəst radikalları məhv edici təsiri var.

Kosmetoloqlar deyir ki, adi xanımotu dərinin elastikliyini qoruyub saxlamasını təmin edir, botoks təsiri göstərərək dərini gözəlləşdirir, sellülit isə yox edir.

Həzmi tənzimləyir, toxluq hissi verir

Tərkibindəki insülin bağırsaqlarda faydalı bakteriyaların inkişafına müsbət təsir göstərir. Aparılan tədqiqatlar göstərir ki, xüsusən Qərb ölkələrində inülin kimi nişasta ehtiva etməyən polisakkaritlərin istifadəsi son 20 il ərzində aşağı düşüb, dolayısı ilə bağırsaq xərçəngi və ürək-damar xəstəlikləri atıb. Həmçinin inülinin toxluq hissi verir və həzm sisteminə müsbət təsir göstərir.

Digər faydaları

Revmatizm ağrılarını aradan qaldırır.

Mədə iltihabına faydalıdır.

Sidikqovucudur.

Dəri xəstəliklərinə qarşı faydalıdır.

Tərlədicidir.

Saçların uzanmasını sürətləndirir və kəpəyi azaldır.

Bədəni gücləndirən tonikadır.

Podaqra xəstəliyinin müalicəsində effektlidir.

Həzm və öd ifrazını artıraraq həzmi asanlaşdırır, iştahanı açır.

Yarpağının faydaları

Dərinin yağ nisbətini normaya salır.

Saçlardakı kəpəyi təmizləyir.

Dəridəki yara və xoraların sağalmasını sürətləndirir.

Ekzema və sədəf xəstəliklərinə qarşı terapevtik təsir göstərir.
publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.