Bu qidaları dondurmaq olmaz

03 Mayıs 2019
914
0
Bu qidaları dondurmaq olmaz
Soyuducu, əsasən də onun buzxanası bir çox qidaların uzun müddətli saxlanması üçün ideal hesab olunur. Amma müasir dövrdə yanaşmalar dəyişib. Məlum olur ki, əslində bir çox qidaları dondurmaq olmaz. Və elə qidalar var ki, onları ümumiyyətlə, soyuducuda saxlamaq xətalı sayılır.

Mütəxəssislər hesab edir ki, südü dondurub sonradan istifadə etdikdə tərkibindəki su və digər maddələr bir-birindən ayrılır. Bu isə südü istifadə olunmaz bir hala gətirir.

Feat.Az
e-tibb.az-a istinadən bildirir ki, kartofu birmənalı olaraq çiy halda soyuducuya qoymaq olmaz. Tərkibində su miqdarı çox olan bu tərəvəz oradan çıxarılandan sonra sərtliyini itirir. Yalnız bişirilən kartofu soyuducuya qoymaq olar.

Qızardılmış yeməklərin də birmənalı olaraq dondurulması tövsiyə edilmir. Həmin yeməklər bu halda ən azı keyfiyyətini itirir. Ona görə də qızartmaq yox, sobada bişirib, dondurmaq daha yaxşı olar.

Yumurtanı dondurmaq da böyük yanlış hesab edilir. Bu zaman yumurtanın içindəki maye donur, qabıqda çatlar əmələ gəlir, bakteriyaların daxilə keçməsinə şərait yaranır.

Əgər yumurtanı dondurub saxlamaq istəyiniz varsa, onda onu qırıb çoxlu çalandan sonra

hava daxil olmayan qabda saxlamaq şərtiylə buzluğa qoya bilərsiniz.

Yumşaq pendirləri də dondursanız, süd halına düşərək, həm ləzzətini, həm də keyfiyyətini itirəcək.

Meyvə-tərəvəzləri çiy halda dondurmaq tövsiyə olunmur. Məsələn, qarpız kimi bol sulu olan meyvə və tərəvəzləri dondurub saxlamaq məsləhət görülmür.

Dondurulmuş əti buzluqdan çıxarıb donunu açsanız, yenidən buzluğa qoymaq olmaz.

Əks halda sağlamlığınız üçün böyük təhlükələrə yol açmış olarsınız.

Əti buzu açılandan sonra yalnız bişirib dondura bilərsiniz.

Mayonezi də dondurmaq olmaz. Bu, ən azı dad və keyfiyyətə təsir edir.

Bununla yanaşı, yeməklərdən makaronları, plovu buzluqda saxlaya bilərsiniz. Bunun ziyanlı olmadığı bildirilsə də, dadı, ləzzətinin itəcəyi qaçılmazdır...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.