Şəkər və infarktdan qorunmağın ən asan yolu - Yaşıl almanın faydaları

11 Haziran 2019
765
0
Şəkər və infarktdan qorunmağın ən asan yolu - Yaşıl almanın faydaları
Yaşıl alma vitaminlərlə zəgin olduğu üçün faydaları olduqca çoxdur.

Feat.Az
medicina.az-a istinadən yaşıl almanın faydalarını təqdim edir.

Arıqlamağınıza kömək edir.

80 kaloriyə sahib bir ədəd yaşıl alma bol miqdarda karbohidrat və amin turşuları ehtiva edir. Buna görə enerji verən meyvə kimi üstünlük verilir. Sağlam formada kilo atmaq istəyirsinizsə, hər gün ac qarına yaşıl alma yeyin. Nəticədə gün boyu həm tox, həm də enerjili qalacaqsınız.

Şəkər xəstəliyinin qarşısını alır

Yaşıl alma xalq arasında şəkər xəstəliyi kimi tanına diabetin təbii üsullarla ən yaxşı həll yoludur. Yuxudan oyanandan sonra ac qarına yaşıl alma yemək orqanizmin ehtiyac duyduğu şəkər miqdarını balanslayır, bədəni şəkər xəstəliyinə qarşı qoruyur.

Ürək-damar sistemini qoruyur

Ac qarına yaşıl alma yeməyin səhhətinizə müsbət təsirləri:

• Yüksək xolesterolu balansda saxlayır. Damarlarda kirəclənmənin qarşısını alır.
• Kalium ehtiva edən yaşıl alma ürəyi qoruyan əzələ və elektrolitləri tarazlayır.
• Alma qəbul etmək beyində və ürəkdə müxtəlif təsirlər yaradan iltihabları önləyir.

Həzm sistemini nizamlayır

Yaşıl almanın tərkibində bol miqdarda lif var. Buna görə də həzmi rahatlaşdırır. Yaşıl almanı hər səhər ac qarına yedikdə xroniki qəbizliyi müalicə etmiş olacaqsınız.

Beyin sağlamlığını qoruyur

Güclü Antioksidləşdiricilərdən olan yaşıl alma beyinə zərər verən sərbəst radikalların yaranmasının qarşısını alır. Tərkibindəki C vitamini, maqnezium və flavanoidlər hüceyrələrin yenilənməsinə və beyin hüceyrələri üçün oksigen yaranmasına kömək edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.