Stressden çıxmagin Texnikaları

12 Kasım 2014
2 208
0
Stressden çıxmagin Texnikaları
Stressden çıxmagin Texnikaları


Stress və ondan yaxa qurtarmaq texnikaları
Bu yazını oxuyan mütləq öz probleminin həllini tapacaq.

Stressin hansı növləri var?
Həyatımıza təsir göstərə biləcək stresslər hansılardır?
Yaşanan stresslər qarşısında nəyə görə insanlar fərqli reaksiyalar verirlər?
Stressdən yaxa qurtarmağın hansı mexanizmləri var?
İnsan stresslə əlaqədar olaraq duyğusal, psixoloji yüklənməni azaltmaq üçün bu tədbirləri görə bilər.
Psixoloq stressdən əziyyət çəkən insana necə yardımçı ola bilər?

STRESSDƏN ÇIXMAĞIN TEXNİKALARI
Nə qədər gənc və ya yaşlı olursunuz olun zaman-zaman hər kəs özünü stressli hissedə bilər. Özümüzü basqı altında hissedə biləriuk.Üzgün və təlaşlı oluruq. Qarışıq və hirsli, narahat duyğular yaşaya bilərik. Bunun səbəbi odur ki, həyatımızda baş verənlər qarşısında çətinlik çəkirik. İnsanlarla münasibətdə yola gedə bilmirik. Bu stressli halların çoxu qısa sürər lakin sonra düzələr.
Bədənimiz əslində zərbələr, təhlükə və xəstəliklərə qarşı dözümlü bir şəkildə yaradılıb. Bu kimi hallarda adrenalin və kortizon kimi hormonlar bizi tənzimləyir.
Ancaq bizim bədənimiz daha uzun sürə biləcək və dalbadal stersslərə davamiyyətli bir şəkildə yaradılmayıb. Dolayısı ilə bu sizi yuxusuz, əzgin, təlaşlı edə bilər. Yuxularımız da daxil olmaqla həyatımız alt-üst ola bilər.
Stresslər bizim təkcə fiziki yox həm də zehni-mental halımıza ziyan vura bilər.
Adi hadisələr uzun sürən stresslərə səbəb ola bilər. Tutaq ki, məktəb və ya institut imtahanları yığılıb qalıb. Yaxud imtahanlara hazırlaşmaq elə bilki bir ömür boyu vaxt aparır sizə görə. Heç bitməyəcək elə bil.
Bəzilərində başqa səbəblər olur. Məsələn, məktəbdə sizi ələ salırlar və ya kimsə gözümçıxdıya salır. Yaşca böyük olan məktəb yoldaşınız sizi hədələyir. Yaxud müəlliminizlə probleminiz var.
Həmçinin evdə-ailədə valideynlərlə, yaxın dostlarınızla münaqişəniz var.
Əgər döyülürsünüzsə, dava-dalaşla üz-üzə qalmağa məcbur olursunuzsa, ata-ananızın dalaşdığını, mübahisə etdiyini görürsünüzsə stressiniz daha da çoxalacaq.
Stress insanın fiziki və ruhi gücünün bir növ sınağa çekilməsidir. Başqa sözlə orqanizmimizin gücünün baskı və təhdid altına alınması ilə yaranan bir durumdur.
Təhdit və təzyiqlər qarşısında insan özünü qoruya biləcək bir reaksiya zincirini hərəkətə gətirəcək xüsusiyyətə sahibdir. Bu durum əsasən “Vuruş ya da qaç” deyə bir cavabın ortaya çıxmasına gətirib çıxarır.
Sual: Stress anında insan bədəninə nə kimi hallar özünü göstərir?
Cavab: Bədənin oksigenə təlabatı artar. Ürək döyüntüsünün sayı artar.Əzələrər gərginləşər. Daxili orqanlardakı qan əzələ və beynə gedər. Bağırsaqlarda narahatlıq olur. Göz bəbəkləri böyüyür. Duyğu orqanlarının fəaliyyəti artır
Ümumiyyətlə stress səbəbiylə müvazinəti pozulması bədənimizdə həyacan vəziyyətinin artmasına səbəb olur.
Pozulan müvazinətin bərpası üçünsə yeni duruma uyğunlaşmaq lazım gəlir
Sual: Uğurlu bir şəkildə stresin öhdəsindən necə gəlmək olur?
Bunu bir az sonra izah edəcəm. İndilikdə isə stress təsirinin mərhələlərindən danışım.
A) Həyacan siqnalı reaksiyası. Bu durum stressi qəbul etməkdir
B)Dirəniş periodu. Bu vəziyyətdə insan stresslə üz-üzə qalır.
C)Tükənmə dövrü. Stress verən hadisə və ya vəziyyət ciddidirsə və uzun sürərsə insan tükənmə perioduna girər.
Hər canlının, hər insanın öz gücü və enerjisi fərqlidir.Və müəyyən həddi vardır.
Stress uzun sürərsə nə kimi zərəri var?
Stressə uzun müddət içində məruz qalmaq xroniki xəstəliklərə yol açır. Stresslərin uzunluğu və çoxluğu xəstəliklərə məruz qalma riskini sürətləndirir. Bu xəstəliklər arterial qan təzyiqi, digər ürək-qan damar xəstəliklrəri və başağrıları ilə yanaşı psixoloji xəstəliklər o cümlədən depressiyalara, şəxsiyyət dəyişkənliyinə də səbəb ola bilər.
İnsanlar stress qarşısında özünəməxsus davranış tərzinə görə psixoloji təsir olaraq geri çəkilmə, uyğunlaşma, qarşı çıxmaq və ya qorxu, əndişə, təlaş və depressiya, kimi duyğusal psixi problemlərə düşə bilərlər.
Stress altında insanların ən çox etdikləri səhvlər nədir? Xarakterik əlamətlər hansılardır?
İstər vacib olsun, istərsə də əhəmiyyətsiz işlərlə bağlı əvvəllər asanlıqla verdikləri qərarları verməkdə çətinlik çəkirlər;
Həmişəki davranışlarından bir fərqlilik özünü göstərir;
Yersiz əsəbilik, qızğınlıq, davakarlıq, düşmanlıq dalğaları;
Siqaret və içki içmə hallarının artması;
Tez-tez öz xəta və üğursuzluqlarını elə hey düşünmək;
Tez-tez xəyallara düşüncələrə dalıb getmək;
Birlikdə olduğu insanlara həddən artıq etibar eləmək və ya əksinə etibarsızlıq;
Danışığında qəribəliklər;
Yuxu pozulması və ya gecə boyu tez-tez oyanma
;

Edit: ♥Deli Qız
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.