Kimlər infarkt ola bilər? - Alimlərdən ŞOKA DÜŞƏCƏYİNİZ ARAŞDIRMA

11 iyun 2019
197
0
Kimlər infarkt ola bilər? - Alimlərdən ŞOKA DÜŞƏCƏYİNİZ ARAŞDIRMA
Alimlər müəyyən edib ki, səhər yeməyini buraxan və şam yeməyini yatmazdan əvvəl yeyən insanların infarkt olmaq riski yüksəkdir.

Feat.Az
xəbər verir ki, ekspertlər səhər saatlarında qəbul edilən qidaların bədəni daha sürətlə yandırdığını və hormonları sağlam bir balansa gətirib çıxardığını deyib.

Odur ki, "Səhər yeməyini padşah, günorta yeməyini şahzadə, axşam yeməyini isə nökər kimi ye" məsəli öz elmi təsdiqini tapır. Bu, onu göstərir ki, səhər yaxşı qidalanan insanlar gün ərzində daha az acır.

Araşdırma Braziliyanın Sao Paulo Dövlət Universitetinin tədqiqatçıları tərəfindən infarkt keçirən 113 nəfər üzərində aparılıb. 57 faizi səhər yeməyini həftədə ən az üç dəfə buraxıb, 51 faizi həftədə üç dəfə gec şam edib, 41 faizi isə həm səhər yeməyini buraxıb, həm də gec şam edib.

Məlum olub ki, səhər yeməyini mütəmadi olaraq buraxan və yatmazdan bir-iki saat əvvəl yemək yeyənlərin infarktdan ölmək riski 4-5 dəfə daha yüksəkdir və ya ürək tutmaları yenidən baş verir.

Araşdırma rəhbəri həkim Markos Minikuççi "Qidalanma diaqnozu yaxşılaşdırmağın ən ucuz və sadə yoludur. Yaxşı səhər yeməyi süd və tam taxıl məhsullarından, həmçinin nə qədər qəribə olsa da, meyvələrdən ibarətdir. Səhər yeməyi gündəlik qida kalorinin 15-35 faizini təşkil etməlidir", - deyə qeyd edib.

Alimlərinin sözlərinə görə, səhər yeməyini buraxan və gec şam edən insanların qeyri-sağlam və pis vərdişlərə sahib olma şansı yüksəkdir. Bundan başqa, onlarda fiziki fəaliyyətlər də aşağı səviyyədədir.

"Biz də inanırıq ki, iltihablı reaksiya, oksidativ stress və endotelial funksiya qeyri-sağlam qidalanma ilə bağlı ola bilər. Bu isə ürək-damar problemlərinə yol açır".

İnfarkt nədir?

Tibbi olaraq miyokard infarktı kimi bilinən infarkt qan dövranın ürəyə verilməsi qəflətən bloklanması zamanı baş verir. Simptomlar sinədə ağrı, təngənəfəslik, zəiflik və narahatlıq hissi şəklində özünü göstərir. İnfarkt siqaret, yüksək təzyiq və diabet xəstəlikləri nəticəsində meydana gələ bilər. Riskləri azaldın, siqaret çəkməyin, mütəmadi olaraq məşq edin və alkoqolu orta səviyyədə için.
publika.az
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR
16:00
0

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR

Sıradan Biri Yazılı Şəkilləri 2019 (1)
15:00
126

Sıradan Biri Yazılı Şəkilləri 2019 (1)

Qaraciyəri təmizləyən ƏSL MÖCÜZƏ
14:00
63

Qaraciyəri təmizləyən ƏSL MÖCÜZƏ

Ayrılıq Bürclərə Necə Təsir Edir - Fotolar
13:00
174

Ayrılıq Bürclərə Necə Təsir Edir - Fotolar

Harvard professoru uzun yaşamağın sirrini açdı
12:00
72

Harvard professoru uzun yaşamağın sirrini açdı

Bananlı çörək resepti
11:00
74

Bananlı çörək resepti

Səbəbim Yazılı Şəkilləri 2019 (57)
10:00
505

Səbəbim Yazılı Şəkilləri 2019 (57)

Tarixdə Bu Gün - 25 İyun
09:00
58

Tarixdə Bu Gün - 25 İyun

Sevgilim Yazılı Şəkilləri 2019 (34)
21:00
1 003

Sevgilim Yazılı Şəkilləri 2019 (34)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 532 İRƏLİ