Səni sevdiyimi deyə bilmirəm

10 Kasım 2014
2 483
0
Səni sevdiyimi deyə bilmirəm
Səni sevdiyimi deyə bilmirəm


Bu sevgi yolunda qaldım biçarə,
Yaxındasan ya uzaqda bilmirəm,
Gəlib sənə çatsam yenə nə çarə,
Yenə sevdiyimi deyə bilmirəm.

Səni sevdiyimi deyə bilmirəm

Əlini tutanda titrəyir əlim,
Bir kəlmə söz üçün tutulur dilim,
Çətin ki, olasan mənim sevgilim
Çünki sevdiyimi deyə bilmirəm.

Səni sevdiyimi deyə bilmirəm

Vaxtilə od idim indi sönürəm,
Gözünə baxanda qəmi görürəm,
Hər səni görəndə inan ölürəm,
Çünki sevdiyimi deyə bilmirəm.

Səni sevdiyimi deyə bilmirəm

Dünya ilk günündən belə qurulub,
Sevənin həmişə boynu burulub,
Bunu gizləməkdən qəlbim yorulub,
Səni sevdiyimi deyə bilmirəm...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.