Alimlər kompüter oyunları ilə yeniyetmələrin artıq çəkisi arasında əlaqə olmasını inkar ediblər

15 Haziran 2019
721
0
Alimlər kompüter oyunları ilə yeniyetmələrin artıq çəkisi arasında əlaqə olmasını inkar ediblər
Əvvəllər belə hesab edilirdi ki, uşaq və yeniyetmələrin saatlarla kompüter qarşısında əyləşməsi onların çəkisinin artmasına birbaşa təsir göstərir. Almaniyanın Vyursburq şəhərindəki Yulius və Maksimilian adına Universitetin və Avstriyadakı Lints Universitetinin bir qrup alimi bu fikri təkzib edib.

Feat.Az
AZƏRTAC-a istinadən bildirir ki, həmin araşdırmaların nəticələri Almaniya Universitetinin saytında dərc edilib. Vyursburq Universitetinin professoru Markus Appel deyib: "Kütləvi informasiya vasitələrində yayılan məlumata görə, artıq çəki televizorun və ya monitorun qarşısında uzun müddət oturmaqla bağlıdır. Bizim araşdırma göstərdi ki, ekran qarşısında saatlarla əyləşib kompüter oyunları ilə məşğul olmağın yeniyetmələrin çəkisinə təsir göstərməsi barədə təsəvvürlər yanlışdır. Biz yaşlılarda bu cür əlaqə olmasını aşkar etmişik, lakin bu əlaqə cüzidir".

Alimlər 38 minə yaxın insanın oyunla bağlı fəaliyyətinin təsvir olunduğu 20 işi təhlil ediblər. Tədqiqatda yalnız qeyri-fəal videooyunlar nəzərə alınıb. Belə oyunları kresloda əyləşərək lazımi düymələri basmaqla oynamaq olar. Mütəxəssislər "Pokemon Go" kimi oyunları tədqiqata bilərəkdən daxil etməyiblər. İş burasındadır ki, virtual və real aləmlərin bir növ qovuşduğu bu tipli oyunlar istifadəçi tərəfindən fiziki fəallıq göstərilməsini nəzərdə tutur.

Alimlərin sözlərinə görə, videooyunların yeniyetmələrin çəkisinə dolayı təsir göstərməsi aşkar edilib: belə oyunların həvəskarları idmanla az məşğul olur, oturaq həyat tərzi isə çəkinin artmasına şərait yaradır. Uşaqların kökəlməsinin bir səbəbi də onların monitor qarşısında qeyri-sağlam qida qəbul etmələri və çox vaxt doyunca yatmamalarıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.