İngiltərə kraliçasının şəxsi həkimindən SAĞLAMLIQ QAYDALARI

29 iyun 2019
186
0
İngiltərə kraliçasının şəxsi həkimindən SAĞLAMLIQ QAYDALARI
Doktor Mosaraf Ali uzun illərdir ki Böyük Britaniya kral ailəsinin şəxsi həkimi və sağlam qidalanma üzrə mütəxəssisidir.

İl ərzində minlərlə tədbirlərdə iştirak edən 93-yaşlı II-ci Elizaveta bu yaşda sağlam və gümrah olmağına görə o cümlədən bu həkimin metodikalarına borcludur.

Doktor Ali bütün dünyada məşhurdur. O, Hindistanda dünyaya gəlib, keçmiş SSSR-də təhsil alıb, vaxtilə məşhur Botkin xəstəxanasında çalışıb, hal hazırda isə İngiltərədə yaşayır. Onu pasiyentləri arasında Keyt Moss, Silvestr Stallone, Maykl Duqlas, Semuel L. Cekson və s. kimi dünya ulduzları, kral ailəsi və həmçinin adi insanlar da var. Doktor Ali sağlamlıq mövzularında 7 kitabın müəllifidir.

Feat.Az əfsanəvi həkimin sağlamlıqla bağlı bəzi tövsiyələrini nəzərə çatdırır:

1. Yeməyi asta-asta çeynəyin.

2. İstənilən mayeni yeməkdən 45 dəqiqə sonra için.

3. Turş məhsulların istehlakını azaldın.

4. Şirniyyatlar, spirtli içkilər, qızardılmış qidalar, mayalı çörək və istənilən mayalı məhsullardan tam imtina edin. Qəhvənin istehlakını minimuma (gün ərzində 3 fincan) azaldın.

5. Günorta yeməyindən sonra dincəlin, bir qədər uzanın, yatın, meditasiya edin. Şam yeməyindən sonra isə əksinə hərəkət edin, gəzməyə çıxın.

6. Ayda ən azı 1 dəfə 1 gün heç nə yeməyin, yalnız bal əlavə olunmuş ot çayları için.

7. Dərmanların qəbulunu minimuma çatdırın, xüsusilə bu antibiotiklər və göbələkəleyhinə preparatlara aiddir.

8. Tez-tez təbiətlə ünsiyyətdə olun. Bu insanın ruhunu dincəldir, stressi azaldır.

9. Yalnız təzə meyvə və tərəvəzləri yeyin. Konservləşdirilmiş, duza qoyulmuş, şirədə bişirilmiş meyvə və tərəvəzlərdən imtina edin.

10. Gün ərzində 6-8 stəkan su için.

11. Gün ərzində 5 dəfə kiçik porsiyalarla qida qəbul edin.

12. Saat 23.00-dan gec olmayaraq yatmağa gedin.

13. Kifayət qədər protein qəbul edin.

14. Mal ətinin istehlakını azaldıb toyuq və hind toyuğu ətinə üstünlük verin.

15. Yoqa ilə məşğul olun, belinizi düz tutun, massaj və özünü massaj mütləqdir.
Mənbə:saglamolun.az
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
26.08.2019 Gündəlik Bürclər (26 Avqust 2019 Günlük Bürclər)
20:00
0

26.08.2019 Gündəlik Bürclər (26 Avqust 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (242)
19:00
92

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (242)

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (28)
18:00
185

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (28)

Hıçqırıq nədir: yaranma səbəbləri, qarşısını alan MÜKƏMMƏL ÜSULLAR
17:00
44

Hıçqırıq nədir: yaranma səbəbləri, qarşısını alan MÜKƏMMƏL ÜSULLAR

Məşhurların instaqramda paylaşdıqları son fotolar
16:00
92

Məşhurların instaqramda paylaşdıqları son fotolar

Kitabə Yazılı Şəkilləri 2019 (3)
15:00
307

Kitabə Yazılı Şəkilləri 2019 (3)

Dərdlərə dərman Abşeron əncirinin 12 faydası – Ürəkdən tutmuş xərçəngə kimi....
14:00
72

Dərdlərə dərman Abşeron əncirinin 12 faydası – Ürəkdən tutmuş xərçəngə kimi....

Tək Cümlədə Bürclər - Fotolar
13:00
391

Tək Cümlədə Bürclər - Fotolar

Rahat yatmaq və yuxudan vaxtında oyanmaq..
12:00
96

Rahat yatmaq və yuxudan vaxtında oyanmaq..

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 531 İRƏLİ