Baş ağrılarından təbii üsullarla belə xilas olun - QAYDALAR

23 iyun 2019
214
0
Baş ağrılarından təbii üsullarla belə xilas olun - QAYDALAR
Baş ağrısı bəzən dözülməz hala çatır. Ağrılar baş qaldırdığı zaman təbii yollar tapmaq daha məsləhətlidir. Təbii üsullar hər zaman daha effektiv və sağlam yoldur.

Feat.Az
medicina.az-a istinadən şiddətli baş ağrılarından azad olmaq üçün təbii üsulları təqdim edir.

Xroniki baş ağrısı zamanı mütləq həkimə müraciət etmək lazımdır. Normal baş ağrılarını isə dərmansız da keçirmək olar.

LAVANDA

Sakitləşdirici təsiri olan lavanda baş ağrısı üçün də təsirlidir. Bu bitkinin qoxusu baş ağrısı və miqren əlamətlərini azaldır. Xüsusilə stressdən qaynaqlanan baş ağrısı zamanı bir stəkan suya lavanda yağı damcıladın. Bu qarışığı qoxlamaq sizə yaxşı təsir bağışlayacaq.

NANƏ-LİMON

Təmiz bez və yaxud tənzifi nanə-limon suyunda isladın. Sıxıb alnınızda saxlayın. Bu prosesi tez-tez təkrarlaya bilərsiniz. Digər təklif isə nanə yağını qoxlamaqdır.

ZƏNCƏFİL

Ağrıkəsici xüsusiyyəti də olan zəncəfil çayı qəbul etmək baş ağrısını yüngülləşdirir.

İSTİ SU VƏ BUZ TORBASI

Boyununza buz torbası qoyarkən, ayaqlarınızı isti suya salın. Bu üsul olduqca təsirlidir. Baş ağrınız tez zamanda azalcaq. Bunun səbəbi vücudda qanın fəaliyyətinə təsir etməkdir. Bu üsul tətbiq edildiyində damarlar rahatlanır.

QƏHVƏ

Gündə bir fincan qəhvə içmək ağrıkəsici xüsusiyyəti daşıyır. Lakin unutmamaq lazımdır ki, bu içkini tez-tez içmək də olmaz. Əgər günə bir fincan qəhvə düsturuna əməl etsəniz, nəinki baş ağrısından xilas olacaq, başqa faydalarını da görəcəksiniz.

İLIQ SU İLƏ DUŞ

Gərginlik və stressin səbəb olduğu baş ağrısının həll yolu ilıq su ilə duş qəbul etməkdir. Bu prosedurdan sonra bədən rahatlanır, burun yolları açılır, nəticədə isə baş ağrılarınızın yüngülləşdiyini hiss edəcəksiniz.

AÇIQ HAVA

Başınızda ağrı hiss etdiyinizdə iş fəaliyyətinizə qısa müddətlik fasilə verin. Açıq havaya çıxmaq təsirli üsuldur. Bol oksigen udmaq baş ağrısını kəsir. Çölə çıxmaq imkanınız yoxdursa, olduğunuz mühitin havasını dəyişin. Pəncərəni açıb içəri təmiz hava axını daxil olmasına şərait yaradın.

MASAJ

Gicgahınıza və qaşlarınızın arasından alnınıza doğru və burun deşiklərinin üzərindən başlayaraq, göz kənarlarınız istiqamətində masaj edin. Mütəxəssislərin bu tövsiyəsi hər zaman təsirini göstərir.

QARANLIQ VƏ SƏSSİZLİK

Baş ağrısının kökündə bəzən həddən artıq narahatedici işıqlar və səs-küylü mühit dayanır. Buna görə də az işıq və səssizlik olan yerlərdə qısa müddətli dincəlməyə çalışın. Bu üsul ağrılarınıza müsbət təsir edəcək.

YATMAQ

Müntəzəm yuxusuzluq baş ağrısı ilə birbaşa əlaqəlidir. Yetərli yuxu almayan insanlarda orqanizm baş ağrısı kim fərqli reaksiyalar verir. Baş ağrıları müşahidə etdiyiniz anda qısa müddətli gözləri yummaq, hətta yatmaq olduqca rahatlandırır.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Bürclərin Ayrılma Səbəbləri Nələrdir - Fotolar
13:00
0

Bürclərin Ayrılma Səbəbləri Nələrdir - Fotolar

Çay yox, su için, tez-tez çimin - Adi suyun ağlınıza gəlməyən 50 faydası
12:00
0

Çay yox, su için, tez-tez çimin - Adi suyun ağlınıza gəlməyən 50 faydası

Klassik Özbək plovu - Resept
11:00
23

Klassik Özbək plovu - Resept

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (21)
10:00
172

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (21)

Tarixdə Bu Gün - 23 İyul
09:00
25

Tarixdə Bu Gün - 23 İyul

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (20)
21:00
785

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (20)

23.07.2019 Gündəlik Bürclər (23 İyul 2019 Günlük Bürclər)
20:00
3 041

23.07.2019 Gündəlik Bürclər (23 İyul 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (210)
19:00
939

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (210)

Ümidim Yazılı Şəkilləri 2019 (15)
18:00
690

Ümidim Yazılı Şəkilləri 2019 (15)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 532 İRƏLİ